Aktual / Xəbəriniz olsun!

Bu şəxslər cərimələnəcək – Prezident Qanunu təsdiqlədi

Banu. | 2-05-2019, 19:40
372 0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
Qanuna daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması barədə yeni maddə əlavə edilib.

Belə ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda inanılmaz OLAY

"Mənə həmişə deyirdi ki, qocasan..." - Lalənin eks-əri

MAY ayında burclər sizə nə vəd edir? - 2 bürcü bədbəxtlik, 3 bürcü, xoşbəxtlik, 2 bürcü bol qazanc, digər bürcləri isə...

Prezident əmək pensiyaları haqda SƏRƏNCAM verdi

Ayselin ailəsini dağıtdığı iddia edilən Elçindən ŞOK ƏMƏL - 500 manat verib...- FOTO