Aktual / Xəbəriniz olsun!

“Nə edim, evimə çörəkpulu aparmalıyam” - Murad DANIŞDI

Banu. | 2-05-2019, 09:54
473 0
Aktyor Murad İsmayıl toy məclislərində müğənniliyə başladığına görə ünvanına edilən tənqidlərə münasibət bildirib.

Sənətçi gördüyü işdən utanmadığını söyləyib:

"Məni niyə tənqid etməlidirlər ki? Musiqi təhsilim var. Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini bitirmişəm. Vokal dərsləri almışam. Müəllimlərim Azər Zeynalov, Əliəhməd İbrahimov olub. 2010-cu ildən ifaçı və aktyor kimi fəaliyyət göstərirəm. İşimdən də pul qazanıram. İstəsəm toya aparıcı, istəsəm müğənni kimi gedərəm. Əsas odur öz səviyyəni saxlayasan, repertuarına diqqət edəsən. Kifayət qədər səviyyəli və məşhur italyan, fransız əsərləri ifa edirəm. Toyda hansısa pis ifamı görən varsa, çəksin, paylaşsın. Üç ildir verilişlərdə mahnılar ifa edirəm.

Tamaşaçı məni müğənni kimi daha çox sevir. Bunu "Youtube"dakı ifalarımın altına yazılan rəylərdə də sezə bilərsiniz. Çox yanlış fikirlərdir. Nə edim? Evimə çörəkpulu aparmalıyam. Kişiyəm, ailə başçısıyam. Yeri gəlsə, nə iş lazımdırsa, onu görərəm, sənətimi də atmaram. Hamı bilir ki, aktyorlar çox maaş almır. Onlar başqa işlər görüb, ailəsini dolandırır. Burada ayıb bir şey yoxdur. Hər yerdə hörmətlə qarşılanıb, hörmətlə yola salınıram. Utanılası, tənqid olunası da heç nə yoxdur!". axşam.az

Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda inanılmaz OLAY

"Mənə həmişə deyirdi ki, qocasan..." - Lalənin eks-əri

MAY ayında burclər sizə nə vəd edir? - 2 bürcü bədbəxtlik, 3 bürcü, xoşbəxtlik, 2 bürcü bol qazanc, digər bürcləri isə...

Prezident əmək pensiyaları haqda SƏRƏNCAM verdi

Ayselin ailəsini dağıtdığı iddia edilən Elçindən ŞOK ƏMƏL - 500 manat verib...- FOTO