Aktual / Xəbəriniz olsun!

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - Hava niyə pisləşib? - SƏBƏB

Banu. | 22-04-2019, 23:15
15 645 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. 

 Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir. 
O qeyd edib ki, şimal yarımkürəsinin atmosferi bütövlükdə yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq fartorunun yüksək olması hesabına “soyuqların qayıdması” müşahidə edilir: 
"Ayrı-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu aprel ayını ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qayıdan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur". "Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır.", - U.Tağıyeva əlavə edib.Report"


Bu xəbərləri də oxuyun:

Arvadını kənddə qonşu kişi ilə tutdu, sonra dayısı ilə… – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ

Xəyanət şübhəsilə evə gizli kamera yerləşdirdi: ağlamağa başladı - VİDEO

70 faiz qurbanını öldürən “gizli” qadın xəstəliyi - Heç bir əlaməti olmur!

Dəhşətli hekayət-Bakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu

Qadınlar tez-tez intim əlaqədən... - Nikahı möhkəmləndirən 5 FAKTOR