Aktual / Xəbəriniz olsun!

Əhalinin qaz və işıq problemləri ilə bağlı vacib xəbər

Banu. | 19-04-2019, 13:08
1 731 0

Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
 Energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib. Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib."Qafqazinfo"

Bu xəbərləri də oxuyun:

SON DƏQİQƏ: Kommunal xidmət limitləri ilə bağlı QƏRAR verildi

SON DƏQİQƏ: Prezidentdən çörəklə bağlı VACİB QƏRAR

"Ağalar anamı qəbiristanlıqda zorlayıb" - Nazpərinin qardaşı qızı DANIŞDI 

Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq

Elinanın rəfiqəsi onu ölümlə hədələyən qadının görüntülərini yaydı - VİDEO (+18)