Aktual / Xəbəriniz olsun!

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - DİQQƏT! Ayın sonuna kimi... - Leysan yağışlar, qar-RƏSMİ

Banu. | 17-04-2019, 14:07
6 135 0

“Ayın sonuna kimi havalar qeyri-sabit keçəcək”.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprel ayı dəyişkən hava şəraiti kimi xarakterizə olunur:
“Mart ayı ilə müqayisədə, aprel ayında havanın orta aylıq  temperaturu 5-6°C yüksək olub. Mart ayı üzrə ölkədə ən yüksək temperaturlar 1998-ci ildə müşahidə olunub. Həmin il aprelin 14 və 24-də isə havanın temperaturu rekord həddə çataraq Bakıda 32°C, Biləcəridə 35°C, Naxçıvan MR və bəzi aran rayonlarında 36-38°C  təşkil edib. 2012-ci aprelin 10-da havanın maksimal  temperaturu 32°C olub.

Hazırda aprel ayında bir çox dağətəyi rayonlarda qarın yağması, şimal-qərb küləyinin əsməsi müşahidə olunur. Bu günlərdə havanın temperaturu paytaxtda 20-22°C arasında dəyişir. Aprel ayının ikinci on günlüyü ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bakıda və bölgələrdə fasilələrə yağış yağacaq, şimal-qərb küləyi güclənəcək. Həmçinin, bəzi bölgələrdə yağışın leysan xarakterli olacağı gözlənilir”.


Bu xəbərləri də oxuyun:

Intihar edən Aysunun SON SÖZÜ: "Məni boynumdakı boyunbağı ilə dəfn edin..." - FOTO

DİQQƏT: ƏHALİYƏ ŞAD XƏBƏR - Bu şəxslərin pensiyası ARTIRILACAQ

Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ

Ayselə görə ailəsini dağıtdığı deyilən zəngin iş adamından ŞOK AÇIQLAMA

Leyla Əliyevanın MÖHTƏŞƏM rəqsi izlənmə rekordu qırdı-VİDEO