Aktual / Xəbəriniz olsun!

Elinayla dostluq etmək qadağan olunurdu - Rəfiqəsi susmadı

Banu. | 12-04-2019, 14:13
4 627 0

"Elina özünü atmamışdan öncə ən sonuncu danışdığı şəxs Cahad olub və ona Cahad özü zəng edib".
AzadQadin.az-ın məlumatına görə, bunu News24.az-a açıqlamasında Elina Hacıyevanın rəfiqəsi Zülfiyyə Şirinova deyib. 
O bildirib ki, Elina ölümündən bir neçə gün əvvəl onunla söhbət edib: "Elina mənə dedi ki, özümü öldürmək istəyirəm. Hətta özünü atmaq istədiyini bildirdi. Elina mənə bildirdi ki, məktəbdə onu incitdikləri üçün özünü öldürmək istəyir. Elina özünü qonşu məktəbin şagirdi Cahad Əlizadənin onunla kobud davrandığı və məktəbdə onunla ələ saldıqları səbəbindən öldürüb". 
Z.Şirinova bildirib ki, onun mərhum rəfiqəsi hamı kimi olmadığı üçün hamı onu ələ salırmış: "Elina hamıdan fərqli idi. Çox sakit və başı aşağı.
Elə ona görə də, ələ salırdılar. Elə Cahadda onu ələ salırdı, gülürdü. Əvvəlki direktorun vaxtında belə vəziyyət yox idi. Məktəbdə hər şey çox yaxşı idi. Sevinc Abbasova gələndən sonra vəziyyət tamamilə dəyişdi. Hamı deyir ki, direktorun oğlu onun ələ salırmış, amma elə şey yox idi. Onun bu işlə heç bir əlaqəsi yoxdur".
Zülfiyyə Şirinova onu da deyib ki, sinif rəhbəri ona Elinayla rəfiqəlik etməsinə qadağa qoyurdu: "Hətta sinif rəhbərim anama belə zəng edib demişdi ki, Zülfiyyəni Elinayla rəfiqəlik etməyə icazə verməyin".  

 
Bunları da oxuyun 

Qaz və işıq limiti ilə bağlı əhaliyə şad xəbər!

"O oğlan..." - Elinanın anası qızının Hüseynlə münasibətindən DANIŞDI

İntihar edən Elinanın 11-ci sinif şagirdi olan oğlan dostu ilə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR

Diqqət: Buna görə mən "Korvalol-u" zibil qabına atdım, sizdə də varsa dərhal tullayın.

Nura Surinin valideynləri görün hansı məşhurlar imiş-Ağlınıza belə gəlməzdi.

Kilolu və qısa boylu xanımlar necə geyinməli?