Aktual / Xəbəriniz olsun!

“Bakı Kart”da pulunuz belə oğurlanır – Diqqət

Banu. | 24-07-2019, 09:00
2 247 0

Son dövrlər paytaxt nəqliyyatında aparılan modernləşdirmə işləri, avtobusların kart sisteminə keçirilməsi, həmçinin bir sıra köhnə və istifadəyə yararsız avtobusların yeniləri ilə əvəzlənməsi əhali arasında sevinclə qarşılanır. Lakin bütün bu görülən işlərlə yanaşı, bəzi neqativ məqamlar da gözə dəyir. Paytaxt nəqliyyatında sakinləri narahat edən məsələlərdən biri də kart sistemi ilə bağlıdır.
Sərnişinlər məhdud istifadə üçün nəzərdə tutulan kartın alınması prosesində bəzi çatışmazlıqların olduğunu bildirirlər.
Belə ki, bu məhdud kartların qiyməti 20 qəpik təşkil edir. Vətəndaş 1 manatlıq əsginazı terminala daxil edib, məhdud kart aldıqda, bunun yalnız 60 qəpiyindən istifadə edə bilir. 20 qəpik kartın qiymətinə çıxdıqda isə kartda qalan digər 20 qəpik “batır”. Sərnişin heç bir halda bu 20 qəpiyi geri ala və yaxud karta yükləyə bilmir. Çünki məhdud istifadə üçün nəzərdə tutulan kartlara sonradan ödəniş etmək mümkün deyil və aparatların qalıq vermək funksiyası yoxdur.
Belə çıxır ki, 1 manatla ödəniş etdikdə bu kartlar 20 deyil, 40 qəpiyə başa gəlir. Vətəndaşlar məhdud istifadə üçün nəzərdə tutulan kartların qiymətinin yenidən tənzimlənməsinin, bu sistemin yenilənməsinin vacib olduğunu deyir.
Qeyd edək ki, sözügedən problemlə əlaqədar Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.axar.az


AzaDQadin.az

Digər xəbərləri də oxuyun: 

Gənc qızlarımızın evli kişilərə olan marağı ? - Buna dəyərmi?

Kişilər evlənməyə niyə bakirə axtarır? SƏBƏBİ SİZİ ŞOKA SALACAQ!

Bakirəliyini satan Məhbubənin otel otağından biabırçı görüntüsü yayıldı - FOTO

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu

Səidənin biabırçı klipi: görüntülər sosial şəbəkəni qarışdırdı - VİDEO

Mən səni seçdim, sən məni aldın, mən sənə verdim...Elzadan yeni şeir

Ər-arvad arasında haramlar var!-ən böyük haramsa...inanmayacaqsınız!

Evdə hazırladığı 10 qəpiklik lasyonla 1 həftə üzünü sildi, 10 YAŞ GƏNCLƏŞDİ