Aktual / Xəbəriniz olsun!

“Dəfn pulu” necə alınır?-Bunları heç kim bilmir

Banu. | 20-10-2019, 23:00
20 0


Dəfn üçün müavinət sosial müavinətlərin bir növü olan birdəfəlik müavinətlərə aiddir.
Dəfn üçün müavinətlər aşağıdakı şəxslərə təyin edilir:
1) dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət alan şəxslərdən biri vəfat etdikdə;
2) işsizlik müavinəti alan şəxslərdən biri vəfat etdikdə;
Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir və ödənilir. Dəfn üçün müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada (yəni müvafiq bank hesabı açılaraq banklar vasitəsilə) müavinət alan şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Hal-hazırda dəfn üçün müavinətin məbləği 300 manatdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Müraciətin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir. Müraciət poçtla edildikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı müraciətin daxil olduğu gündən ən geci 3 gün müddətində bu barədə ərizəçiyə məlumat göndərir. Fondun yerli orqanında ən geci10 gün müddətində müraciətlə bağlı Komissiya tərəfindən qərar qəbul olunur. Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.
Dəfn üçün müavinətin təyin edilməsi xidməti elektronlaşdırılmayıb. Buna görə də dəfn müavinətin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanların inzibati binalarına aşağıdakı sənədlərlə yaxınlaşaraq müraciət edilməlidir.
1) Dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş arayış – kağız daşıyıcıda;
2) Dəfni təşkil edən şəxs barədə yaşayış yeri üzrə bələdiyyənin arayışı – kağız daşıyıcıda;
3) Müavinət alanın dəfnini təşkil etmiş şəxsin şəxsiyyət vəsiqəsi – sənədin surəti (kağız formada);
4) Müavinət alanın ölüm haqqında şəhadətnaməsi – sənədin surəti (kağız formada);
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:
• E-poçt vasitəsilə məlumatlandırma;
• Poçt xidməti vasitəsilə məlumatlandırma;
• Telefon vasitəsilə məlumatlandırma;
• Yerində (şifahi və ya yazılı) məlumatlandırma.
Dəfn üçün müavinətin təyin edilməsi üçün müraciət etdikdə heç bir ödəniş, xidmət haqqı, dövlət rüsumu nəzərdə tutulmayıb.
Hazırladı: Ləman Xəlilzadə

Bu xəbərləri də oxumaq üçün şəkillərin üstünə və yazıya tıklayın:


Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR


5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz


Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!


Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO


Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI