Aktual / Xəbəriniz olsun!

Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...

Banu. | 24-03-2019, 21:00
12 123 0

Uğurlu britaniyalı iş adamı Richard Meyson, keçmiş həyat yoldaşı Ketini dələduzluqda ittiham edərək ondan  300 min dollar kompensasiya tələb edib. Keti və Richard 1987-ci ildə evlənib. 1995-ci ildə xanım Meyson ilk uşağını doğub. Dörd il sonra - əkiz oğulları dünyaya gəlir. Riçard uşaqları  çox sevirdi  və  Keti ilə birgə həyatında uçaqlarının  yeganə yaxşı bir xatirə olduğunu düşünürdü.  2007-ci ildə, ortaq  dil tapamayan cütlük boşanır. Lakin Riçard sevimli oğlanları ilə yaxından ünsiyyət qurmağa davam edirdi. Boşanma prosedurlarının şərtlərinə əsasən, Keti birdəfəlik  beş milyon dollar ,  həmçinin ciddi məbləğdə aliment alır.


2016-cı ildə Liverpul şəhərindəki bir xəstəxanada  milyonerə  sümük fibrozu  ilə diaqnoz qoyulub. Və müalicə edən həkim Richardə bildirir ki, o, uşaqlıqdan dölsüzdür və uşaqları ola bilməzdi. Milyonerin sözlərinə görə, onun dünyası parçalanmışdı.  Ekizlərin  DNT təhlili göstərir ki, 55 yaşındakı Richard onların bioloji atası deyil. 


Böyük oğlu testdən imtina edərək, nə olur olsun Riçardı atası  hesab edir. Ekizlərdən biri isə anasından inciyib, bütün əlaqələrini ailə ilə kəsir.


The Daily Mail qəzetinin verdiyi məlumata görə, məhkəmə Ketiyə keçmiş ərinə 300 min dollar ödəməyi qərara alıb. Keti dörd il başqa birisi ilə əlaqədə olduğunu etiraf edib. Eyni zamanda, qadın öz uşaqlarının əsl atasının şəxsiyyətini aşkar etməmək üçün məhkəmədən icazə alır. İndi onun böyük oğlu 23 yaşında, ikisi isə 19 yaşındadır.


Riçard deyir ki, o, artıq nə olduğunu və onun ətrafında nə baş verdiyini dərk edə bilmir.

Bu xəbərləri də oxuyun:

Həyat yoldaşı qətlə yetirilən Sevil Nuriyevanın bu yazısı hər kəsi GÖZ YAŞLARINA BOĞDU

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - Külək, yağış, qar, 5 dərəcə şaxta - SABAH...RƏSMİ

Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – Qanlı sevgi üçbucağı

Bu da Əlikiramın çox gözəl xanımı, amma qısqancdır...FOTO

Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar...

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA