Aktual / Xəbəriniz olsun!

Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO

Banu. | 26-02-2019, 15:56
742 0

Əməkdar artist Nahidə Orucova Xocalı soyqırım abidəsini ziyarət edərkən çəkdirdiyi fotolarla izləyiciləri hiddətləndirib.
ının qurbanlarının 

Aktrisa tədbirdə gülərək, düşlərini ağardaraq selfi çəkib.

Bu görüntülərə görə izləyicilər onu tənqid atəşinə tutublar. Tənqid və qınaqlardan nəticə çıxaran aktrisa növbəti də ciddi və qəmgin görünüş alaraq çəkdiyi fotonu paylaşıb.


N.Orucova tənqidlərə belə cavab verib: "Bu soyugda siz də olsaydınız, görək necə şəkil çəkdirərdiniz? Biz hər il bu yürüşdə iştirak edirik. 27 ildır ağlayırıq. Onsuz da bu bizim dərdimizdir. Yazmağa gəlincə, mütləq pis şey yazmalısınız. Yaxşıya əliniz gəlmir. Heç olmasa, bir az dirilərə sevginiz olsun".

Onunla birlikdə fotolarda bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovu, rejissor Hafiz Quliyevi, xalq artistləri Sabir Məmmədovla Namiq Kamalı görürük. 

Yaxşı, deyək ki, Nahidə xanım poz verərkən bəşəriyyətin ən dəhşətli faciəsinin 27-ci ildönümününə həsr edilmiş yürüşdə iştirak etdiyini unudub. Bəs bu fotoları "İnstagram" səhifəsində paylaşarkən də xatırlamadımı?
Aysel
BAKU.WS