Aktual / Xəbəriniz olsun!

Azərbaycan səmasında NAMƏLUM OBYEKT – VİDEO

Banu. | 10-02-2019, 23:02
1 660 0
Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.

AzadQadin.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.
AzadQadin.az

Bu xəbərləri MÜTLƏQ oxuyun:

Arvadını evində qohumu ilə yataqda tutdu, ağzından güllələdi - Azərbaycanda namus cinayəti

Atatürk: “Ordular idarə etdim, amma bir qadını idarə edə bilmirəm”- həyat yoldaşı haqqında bilmədikləriniz...

24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT

Fuad Əlişovun keçmiş xanımı ondan görün nə səbəbə ayrılıbmış - Şok səbəb

XƏBƏRİNİZ OLSUN: Hər gün içdiyiniz bu içki, sizi 45 dəqiqədə öldürə bilər

Qulağımıza soğan qoysaq – Nənələrin üsulu