Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ: İlham Əliyev bütün Azərbaycan xalqı üçün çox vacib sərəncam imzaladı-RƏSMİ

Banu. | 8-02-2019, 22:01
11 617 0

Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 


AzadQadin.az  AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.


Sərəncamda deyilir:


“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;


2.2. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2460) 1-ci hissəsi ləğv edilsin”.

Bu xəbərləri MÜTLƏQ oxuyun:

600 bal toplayan tələbə qızın virusdan öldüyü deyilir - Fotolar

Hansı bürclər 2019-da daha çox pul qazanacaq? Bu ilin ən şanslı bürcləri...YENİ

Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı-Əməliyyatlar pulsuz olacaq

Bolqarıstanlı həkimin ŞOK tapıntısı: 4 qaşıq ye XƏRCƏNGƏ YOLUXMA.!

Bu mövsümlərdə keçməyən inadçıl öskürəyi 2 gündə keçirəcək möhtəşəm resept