Aktual / Xəbəriniz olsun!

Bakıya hər qar yağanda, külək əsəndə xəbərdarlıq edilmir: indi isə...Nə baş verir? Qasırğa, qar, çovğun...

Banu. | 16-01-2019, 15:10
10 005 0

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı müvafiq qurumlar xəbərdarlıq edilibsə, deməli, doğrudan da vəziyyət kritikdir.


Bu sözləri  açıqlamasında ekoloq Telman Zeynalov ölkə ərazisində hava şəritinin dəyişəcəyi ilə əlaqədar olaraq xəbərdarlıq edilməsi barədə danışarkən deyib. O, ölkəmizə soyuq hava kütləsinin şimal hissədən daxil olduğunu bildirib:


“Artıq bu gündən Rusiya ərazisində hava kəskin dəyişiləcək, şiddətli külək əsəcək. Hazırda şimal qonşumuzda qasırğa, qar, çovğun müşahidə edilir. Buna görə bizdə də bu gün axşam saatlarından etibarən havanın dəyişməsi müşahidə olunacaq. Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq hər hansı baş verəcək mənfi hadisələrə qarşı qabaqlayıcı tədbirlər görülməsi baxımından çox vacibdir. Bu vaxta qədər paytaxta dəfələrlə qar yağsa da, külək əssə də, bu formada həyəcan təbili çalınmayıb. Əgər nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edibsə, deməli, həqiqətən də ehtiyatlı olmaq lazımdır”.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı icra hakimiyyətlərinə və digər müvafiq qurum və təşkilatlara xəbərdarlıq edib.Axar.az

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

MÜHÜM XƏBƏR: Pensiyalar BU tarixdə veriləcək!

DİQQƏT: “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi

19 yaşlı azərbaycanlı cinsiyyətini dəyişdi: "Yanıma gələn kişilər deyir ki, qadınlardan bezmişik" - MÜSAHİBƏ

Əgər açarlar salonda qalıbsa, avtomobilin qapısını belə açın...Ayaqqabınızın bağı ilə...Unikal və sadə metodlar-FOTOİZAH