Aktual / Xəbəriniz olsun!

Fala baxmaq adı ilə 5 minə yaxın pulu mənimsədi - Foto

Banu. | 12-01-2019, 16:29
167 0

Xəbər verdiyimiz kimi, ötən gün həmcinsinə qarşı dələduzluq etmiş qadın polis orqanları tərəfindən saxlanılıb. 
Daxili İşlər Nazirliyindən  daxil olan məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın polisə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin ümumilikdə ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.
Əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.
Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər

Bunları da oxuyun

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı qətlə yetirilən məşhurlar

Aparıcı Vüsalə ilk dəfə üzləşdiyi XƏYANƏTDƏN DANIŞDI

Azər Axşamın ikinci həyat yoldaşı, görün kimin qızı imiş-VİDEO

“Qafqazinfo”