Aktual / Xəbəriniz olsun!

Energetik içkilər 2 dəfə bahalaşıb - QİYMƏTLƏR

Banu. | 8-01-2019, 13:34
809 0

Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb. 
Qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub. 
Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.
 
2019-cu ildən energetik içkilərin qiymət siyahısını təqdim edirik: 
Bizon 0.25l: cari qiyməti 80 manat, yeni qiyməti 1.50 manat;
Bizon 0,5l: cari qiyməti 1,20 manat, yeni qiyməti 2,70 manat;
Hell 0,25l: cari qiyməti 1 manat, yeni qiyməti 2 manat;
Yaguar 0,5l: cari qiyməti 1,20 manat, yeni qiyməti 2,70 manat;
Yaguar 8% 0,5l: cari qiyməti 2,30 manat, yeni qiyməti 3,10 manat;
Go gold və silver 8% 0,5l: cari qiyməti 2,20 manat, yeni qiyməti 3 manat;
 
Redbull: cari qiymət 1l üçün 90 qəpiklik artım müşahidə olunacaq. 
Məlumat üçün bildirək ki, ölkədə ən çox istehlak olunan enerji içkilərindən biri “Redbull”un satışı yeni qiymətlərdən sonra əksər mağazalarda dayandırılıb. Mağaza işçilərinin sözlərinə görə, “Redbull”la yanaşı, digər enerki içkilərinin də qiymətində dəyişiklik olduğuna görə hələ ki, satış məhdudlaşdırılıb. 
Xatırladaq ki, nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif etmişdi.
Təklifə əsasən idxal olunan alkoqollu enerji içkilərinin  hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.

Bu xəbərləri də oxuyun:

Diqqət! Pensiya ilə bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR

Barmaqlarınızı 60 saniyə masaj edin, orqanizmdə nə baş verdiyini görün

Pul inciyə və həmişəlik sizdən gedə bilər-Vanqadan qızıldan da qiymətli tövsiyyələr

7 gün içdi: Qarında olan piy qatı yox oldu-MÖCÜZƏ RESEPT