Aktual / Xəbəriniz olsun!

Xadimənəyə təcavüz edən müəllim, yaxın əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

Banu. | 26-12-2018, 16:21
2 986 0

2018-ci ilin bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz 2018-ci il qalmaqallı hadisələrlə yadda qaldı. Bu hadisələrin bir neçəsi də Azərbaycan məktəblərində baş verdi. 

AzadQadin.az BiG.AZ-a istinadən 2018-ci ildə məktəblərdə baş verən qalmaqallı hadisələrin bir neçəsini təqdim edir:

- Sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə baş verdiyi iddia olunan görüntülər yayılmışdı.

Həmin görüntülərdə məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlər olduğu iddia edilirdi.

***
- Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət və təkliflər edən şəxs tutulub.


Hadisə 211 nömrəli tam orta məktəbin ərazisində qeydə alınıb.


Belə ki, sentyabrın 25-i saat 08:00 radələrində "Məktəblinin dostu layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.


Həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.


"Məktəblinin dostu layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər.


Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
- Bakı şəhəri Səbail rayonunda yerləşən 134 nömrəli məktəbdə şagirdlərin intim əlaqədə olması ilə bağlı video yayılmışdı.


Yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
- Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.


Hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.


Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoqeydiyyata alıb. 


Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.


Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.


Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
-Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlmişdi. Belə ki, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. 
Bu barədə uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə görə, 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.


Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. 
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***

- Şəmkir rayonunda şagird müəllimi tərəfindən döyülüb.
Gəlir mənbəyindən asılı olmayaraq Daxili ipotekaya müraciət edin.


Hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.


Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
- Azərbaycanda 7-ci sinif şagirdi olan azyaşlı qızın evdən qaçmasının şok səbəbi ortaya çıxıb.


Hadisənin səbəbi ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində açıqlanıb. Azyaşlı evdən qaçaraq sözügedən verilişə sığınıb və şok açıqlamalar verib:


“Məktəbdə sinif yoldaşım Kənan məni bərk döydü. Bunu hətta məktəbimizin informatika müəllimi də görmüşdü. Ümumiyyətlə Kənan hər kəslə pis rəftar edirdi. Həmin gün tənəffüs zamanı mən sinifdə tək idim. O, qapını bağlayıb, mənə hədə-qorxu gəldi ki, məndən üzr istəməlisən. Məndə qorxudan üzr istədim. Bu zaman qəfildən başqa bir müəllim sinfə daxil oldu. Nə baş verdiyini soruşdu və məndə olduğu kimi danışdım. Mənə inanmadı və hadisəni hər kəsə başqa cür təqdim etdi. O, anama da mənim sinifdə oğlanla başqa bir işlə məşğul olduğumu söylədi. Anam da üzümə tüpürdü”.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?


***
- Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rauf Oruclu köynəyinin üzərindən gödəkçə geymədiyi üçün direktor tərəfindən döyülüb.

***
- Bu gün 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib. Belə ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.


Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

***
- "Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı, özünü saytlardan birinin baş redaktoru kimi təqdim edən Mirismayıl Xələfli qalmaqallı açıqlama ilə gündəmə gəlib.


Onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi səs-küyə səbəb olub.


Məhz buna görə M.Xələfli efirdə verilişin digər qonaqları tərəfindən pedofil adlandırılıb. 


"Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm, yatmalıyam" deməsin". Mən öz yoldaşıma dərs demişəm".


Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və o, tənqid olunub.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
- 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev “Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev tərəfindən döyülmüşdü. 


Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.


Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.


Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?

***
-Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı ilginc fakt açıqlanıb."Yeni Müsavat"ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev dolayısıyla sözügedən müəllimin 9 yaşlı şagirdə vurulduğu üçün məktəbdən uzaqlaşdırıldığını söyləyib. 


Rövşən Əzizov isə direktorun iddialarını rədd edib. 
Xadiməni zorlayan müəllim, intim əlaqədə olan şagirdlər... - 2018-ci ildə məktəblərdə nə baş verdi?
Aysel Yusifqızı