Aktual / Xəbəriniz olsun!

Donuz ilində nələr baş verib? – ARAŞDIRMA

Banu. | 24-12-2018, 19:00
732 0
Bir neçə gün sonra 2018-ci il bitir və yerini 2019-cu ilə verir. Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada bu təqvim çox məşhurdur. Bu təqvimə əsasən 2019-cu il “Sarı Donuz” ilidir.

Bəs, XX və XXI əsrlərdə “Sarı Donuz” ilində nə kimi vacib hadisələr baş verib. Gəlin birllik bu hadislərə birlikdə göz gəzdirək.

2007

1 fevral — Cənubi Azərbaycanın BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının – UNPO-nun üzvlüyünə qəbul olunması
13 fevral — Rep qrupu H.O.S.T. Alliance fəaliyyətə başlayır
9 mart — Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi.
23 aprel – Boris Yeltsin – Rusiyanın ilk prezidenti vəfat etməsi.
27 dekabr – Bənazir Bhutto – Pakistan siyasətçisi vəfat etməsi.
Qobustan dövlət tarixi-bədii qoruğunun Ümumdünya irsi siyahısına salınması.

1995

1 yanvar
İsveç, Avstriya və Finlandiyanın Avropa Birliyinə qəbul olunması.
Ümumdünya Ticarət Təşkilatının yaradılması.
1 mart – Yahoonun əsasının qoyulması.
26 mart – Şengen razılaşmasının imzalanması.
19 aprel – ABŞ-ın Oklahoma şəhərində federal binada bomba partlayışı təşkil olunur. Partlayış nəticəsində 168 nəfər həlak olur.
1 may – Jak Şirakın Fransa prezidenti seçilməsi.
11 iyul – Bosniya serbləri müsəlmanların yaşadığı Srebrenitsa şəhərinə daxil olurlar. Müsəlmanlara qarşı törədilmiş soyqırımda 8.000 mülki müsəlman öldürülür.
24 avqust – Microsoft şirkəti Windows 95 əməliyyat sistemini istifadəyə buraxır.
29 avqust – Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı Tbilisi şəhərində sui-qəsd təşkil olunur.
Sentyabr – DVD formatlı disklərin ictimaiyyətə təqdim olunması.
4 noyabr – İsrail baş naziri İzhak Rabinin sui-qəsd nəticəsində öldürülməsi.
14 dekabr – Parisdə Deyton sazişinin imzalanması.

1983

16 may – Heavy Metal qrupu Iron Maiden dördüncü albomu Piece of Mind’ı satışa çıxardır.
15 iyul – Parisin Orly Hava limanında olan THY bürosuna, ASALA terror təşkilatı tərəfindən bomba atıldı. 7 nəfər həlak olub, 56 nəfər yaralanıb.
25 iyul – Thrash Metal qrupu Metallica ilk albomu olan Kill’Em All’u satışa çıxardı.
25 oktyabr – Ərzurum və ətrafında meydana gələn 7,1 şiddətindəki zəlzələdə, rəsmi məlumatlara görə; 1400 nəfər həlak oldu, 3000-ə yaxın yaşayış obyektinə ağır ziyan dəydi.
15 noyabr – Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan etdi.
31 dekabr – Bruney, Böyük Britaniyanın tərkibindən ayrılaraq müstəqilliyini elan etdi
26 may – Nəcib Fazil Qısakürək – müasir türk mütəfəkkiri, şair və yazıçısı vəfat edib.
27 may – Ramazan Tarverdiyev – coğrafiya elmləri doktoru, professor vəfat edib.
26 avqust – Arif Babayev – Azərbaycan kinorejissoru vəfat edib.
19 fevral – Əli Qasımov – Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi vəfat edib.
25 dekabr — Joan Miro, ispan rəssamı, heykəltəraş və keramikaçı vəfat edib.

1971

5 mart – Pakistan Banqladeşi işğal etdi.
5 avqust – Türkiyə ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaradılması..
10 sentyabr – Boğaziçi Universitetinin əsasının qoyulması.
23 noyabr – Çin Xalq Respublikasının nümayəndələrinin ilk dəfə BMT-nin və onun Təhlükəsizlik Şurasının toplantılarında iştirak etməyə başlaması.

1959

1 yanvar – Fidel Kastro rəhbərliyi ilə Kuba üsyançıları tərəfindən Havananın ələ keçirilməsi, prezident Fulxensio Batistanın Dominikan Respublikasına qaçması.
3 yanvar – Alyaskanın ABŞ-ın 49-cu ştatı kimi təşkil olması.
10 yanvar – SSRİ tərəfindən Kubanın inqilabi hökumətinin yaradılması.
13 fevral – Romulo Betankurun Venesuela prezidenti seçilməsi.
19 fevral – Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanması. Sazişə əsasən, Ankara və Moskvanın Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Böyük Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış etmələri
19 fevral – Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilmişdir.
24 mart – İraqın Bağdad paktından çıxması.
30 may – Sonuncu Böyük Britaniya ordusunun İraq ərazisini tərk etməsi
2 iyun – General Nasutionun sərəncamına əsasən İndoneziyada hər cür siyasi fəaliyyətin qadağan edilməsi.
16 iyun – Moskvada SSRİ-nin Xalq təsərrüfatı nailiyyətləri sərgisinin açılması.
8 sentyabr – Fransada Şarl de Qollun V Respublikanın prezidenti elan edilməsi, Mişel Debrenin Baş nazir seçilməsi.
1 dekabr – Antarktida haqqında beynəlxalq müqavilənin imzalanması.
Uelsin bayrağının qəbul olunması

1947

17 fevral – “Amerikanın səsi” radiosunun dalğalarının keçmiş SSRİ məkanına yayılmağa başlaması.
22 mart – ABŞ prezidenti Harri Trumenin dövlət qulluqçularının loyallığını yoxlamaq haqqında xüsusi qanunun qəbul edilməsinə nail olması.
23 iyun – ABŞ-da senatorlar Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə adlanan “Sənayedə əmək münasibətlərini nizama salmaq haqqında yeni qanunun qəbul edilməsi.
iyul – ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Federal Tədqiqat bürosunun (FTB) yaradılması.
26 iyul – ABŞ-da prezident yanında əsasən məşvərətçi funksiya daşıyan Milli Təhlükəsizlik Şurasının yaradılması.
14 avqust – Pakistan dövlətinin yaradılması.
15 avqust – Müstəqil Hindistan dövlətinin yaradılması.
2 sentyabr – ABŞ Latın Amerikası ölkələri ilə “Qərb yarımkürəsinin müdafiəsi” paktı adlanan Pio-de-Janeyro paktının imzalaması.
29 noyabr – BMT-nin Baş Məclisi tərəfindən Fələstinin bölünməsi və onun ərazisində iki dövlətin – yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qərar qəbul edilməsi.
dekabr – SSRİ-də pul islahatının keçirilməsi və kartoçka sisteminin ləğv olunması.
Yaponiyanın yeni Konstitusiyasının qəbul edilməsi.

1935

7 yanvar – Romada Benito Mussolini ilə Fransanın Baş Naziri Pyer Laval arasında Roma paktı adını almış bir sıra müqavilələrin imzalanması.
16 mart – Almaniyada Adolf Hitler tərəfindən ümumi hərbi mükəlləfiyyətin tətbiqi haqqında qanunun qəbul edilməsi.
2 may – SSRİ ilə Fransa arasında qarşılıqlı yardım haqqında paktın imzalanması.
24 iyun – Gürcüstanda dünyada ilk dəfə olaraq uşaqlar üçün qısa məsafəli qatar yolunun açılması.
ABŞ Konqresi tərəfindən “Birtərəflilik haqqında Qanun”un qəbul edilməsi
İngiltərə parlamenti tərəfindən Hindistanın “Yeni Konstitusiyası”nın təsdiq edilməsi.
Moskva Metropoliteninin istifadəyə verilməsi.

1923

10 may – Heydər Əliyev – Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti anadan olub.
28 aprel – Zərifə Əliyeva – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki anadan olub.

1911

1 iyun — Türk Hava Qüvvələrinin yaradılması.
12 dekabr — Hindistanın paytaxtının Kəlküttədən Dehliyə köçürülməsi.
14 dekabr – Rual Amundsenin ekspedisiyasının ilk dəfə Cənub qütbünə yetişməsi.(a24.az)

big.az