Aktual / Xəbəriniz olsun!

"Sevgilisinə söz atıldığı üçün" silahla banka girib...- QƏRİBƏ SOYĞUN - FOTO

Banu. | 9-12-2018, 22:01
251 0
Türkiyənin Konya şəhərində qəribə və bir o qədər maraqlı cinayət işinin üstü açılıb.

Qəribə geyimli bir şəxs əlində odlu silahla banka daxil olub. Adı Murat Yıldırım olan bu şəxs “sən mənim sevgilimə niyə sataşırsan” deyərək bankın mühafizəçisinin üzərinə hücum çəkib.

Lakin onun niyyətinin başqa olduğu ortaya çıxıb. Belə ki, silahlı şəxsin 15 min TL borcu olub və bank soyaraq borcunu bağlamaq istəyib. Ancaq o, bankın digər işçiləri tərəfindən zərərsizləşdirilib. Polis axtarış zamanı onun üzərindən bıçaq da tapıb.


Əməlindən peşma olduğunu etiraf edən M.Yıldırımı soyuğunçuluqda ittiham edərək həbs ediblər.(publika)