Aktual / Xəbəriniz olsun!

Bu gəlinin həyat hekayəsi insanları ağladır - FOTO

Banu. | 11-01-2019, 11:00
2 348 0
Arizonada yaşayan Debbi Gerlaç adlı qız internet fenomeni olub.
Buna səbəb Debbinin paylaşdığı fotolar və sosial şəbəkə vasitəsi ilə danışdğı həyat hekayəsidir.Belə ki, toyuna bir neçə həftə qalmış Gerlaçın nişanlısı Randi Zimmerman motosiklet qəzasına düşərək həyatını itirib. Buna baxmayaraq Debbi gəlinlik geyinib və çəkilmiş şəkillərdə yanına Randini fotoşopla qoyub. O, hazırladığı şəkilləri hesabında paylaşıb və belə bir şərh qeyd edib:
"Bu gün həyatımın ən gözəl günü olmalı idi. Bu gün ən yaxın insanımla ailə quracaqdım. Hər kəs bizim bir-birimizi nə qədər sevdiyimizə bu gün şahid olacaqdı. Bir-birimizə bir ömür bir yerdə olmaq sözü verəcəkdik. Onun xanımı olacaqdım. Zimmerman soyadı daşıyacaqdım. Amma onu qəzada itirdim. Bu gün yalnız oyandım və dərk etdim ki, həyatımın eşqi ilə evlənə bilməyəcəm. Lakin gəlinliyimi geyindim. Xəyal da olsa, onun yanımda olduğunu hiss etmək istədim. Bu yazımı oxuyan hər kəsə səslənirəm. Diqqətli olun. Sevdiklərinizi tək qoymayın".
Debbinin fotolarını görən və həyat hekayəsini oxuyan izləyicilər kədərləndiklərini, hətta bəziləri göz yaşlarına hakim ola bilmədiklərini qeyd ediblər.sonxeber.az

Bunları da oxuyun

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı qətlə yetirilən məşhurlar

Aparıcı Vüsalə ilk dəfə üzləşdiyi XƏYANƏTDƏN DANIŞDI

Azər Axşamın ikinci həyat yoldaşı, görün kimin qızı imiş-VİDEO