Aktual / Xəbəriniz olsun!

Novruz bayramının mənşəyi və tarixi

niwanli | 20-03-2012, 17:36
5 890 56

 


 

Novruzun mənşəyi və tarixi

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar
Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana
gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran
şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar.
İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin
xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər,
müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini,
mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə
uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə
əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir.
Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları
indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz
ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan
əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması
səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş,
Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi
bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz
bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun
gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik
şeirlərdə də təsvir və tərənnüm edilir.

Novruz bayramında çərşənbələr

İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan,
günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım»
deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib
çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su
gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır,
isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün
adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış
torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu
yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə
başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar.

Novruz dünya xalqlarının bayramı kimi

Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum
nəğmələri, mərasim nəğmələri yaratmışdır.
Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda,
Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada
Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulurÜmumiyyətlə Novruz dünyanın
əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür
məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq
qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta
buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və
Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq
qalayırlar.
Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda,
Türkmənistanda və s. ölkələrdə qeyd edilir.

Novruz Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin
canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat
ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü
tonqal qalamaqla, mahnı ("gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və
inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s.
Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.)
və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular
bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib
çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında
"haxışta”, "bənövşə”, "kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olardı. İndi
təzə xanımlar şorqoğalı bişirirlər. Novruza aidiyyəti yoxdur bunların. Şirniyyatlardan şəkərbura,
paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə
başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə.

 


 

 

 

Bütün userləri ürəkdən təbrik edirik!

Novruz bayramının mənşəyi və tarixi 


FLOVERandGİRL | 20 noyabr 2015 20:27 | Status: Professional user | Şərh: 3 251
Məlumata görə tşklarrr
ESMER | 15 oktyabr 2015 20:48 | Status: VİP user | Şərh: 817
Sitat: Leyla Ezizli
Butun eziz bayramlarımız xoş gelsin xoş kecsin amin inşallah.çerşenbeniz mubarek.
Leyla Ezizli | 10 mart 2015 17:07 | Status: Şərhçi | Şərh: 372
Butun eziz bayramlarımız xoş gelsin xoş kecsin amin inşallah.çerşenbeniz mubarek.
Nigar | 19 fevral 2015 16:04 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Gozel Melek
tebrik edirem mende
Nigar | 4 mart 2014 13:00 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Girl
ilirdim bir kitab var ondan oxumusdum

Mickey Mouse | 10 iyun 2013 20:52 | Status: Professional user | Şərh: 4 008
Tebik edirem.
Gozel Melek | 25 mart 2013 18:13 | Status: Gümüş user | Şərh: 1 531
tebrik edirem mende
Saida Kerimova | 20 mart 2013 12:14 | Status: Professional user | Şərh: 1 672
Təşəkkürlər.
Bayraminiz mubarek...
PrEnSeS_ | 7 mart 2013 20:12 | Status: VİP user | Şərh: 554
cox saqolun
Girl | 28 fevral 2013 13:23 | Status: Professional user | Şərh: 8 206
bilirdim bir kitab var ondan oxumusdum
cucem. | 30 sentyabr 2012 21:51 | Status: Professional user | Şərh: 4 415
COX SAGOLUN XEBERE GORE
P.S | 29 avqust 2012 14:28 | Status: VİP user | Şərh: 995
tebrik edirem mende