Aktual / Xəbəriniz olsun!

Bakıda sənədsiz evi olanlara ŞAD XƏBƏR

Banu. | 25-11-2018, 19:20
4 424 0

Bakıda və Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı olan torpaqlarda tikilmiş və sahibləri bu günə qədər mülkiyyət hüquqları əldə etməmiş fərdi evlərlə bağlı araşdırmalar aparılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev bildirib.

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

İki bina arasındakı boşluqda yer alan və dünynın ən dar evində necə yaşandığına baxın, inanmayacaqsınız-Fotolar

Bu da Amerika prezidenti Donald Trumpın SONU - FOTO

Elə, bu dəqiqə yoxlayın: Bu 7 əlamətdən 4-ü sizdə varsa həyəcan təbili çalmağın vaxtıdır- Şəkərsiniz


"Ən pis vəziyyət Bakıda Abşeron rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir. Həmin məsələ ilə bağlı ƏMDK-nın mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq”, - o qeyd edib.big.az