Aktual / Xəbəriniz olsun!

Mətanət Əsədova ilə içki masasında olan şəxs hər şeyi danışdı

Banu. | 21-08-2018, 15:18
2 038 0

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın heç də xoş olmayan videosu yayılıb.

Videoda M.Əsədova bir neçə üzü görünməyən kişi ilə bir masada əyləşərək spirtli içki içməsi əks olunub. Masa başında əyləşən şəxslər içkinin təsirindən yanlarında xanım olduğunu unudub, söyüşlər söyüblər.

Sosial şəbəkə istifadəçiləri xanım müğənninin əyləşdiyi masada söyüşlərin söyülməsini, Əsədovaya qarşı münasibəti pisləyiblər. Bəziləri isə müğənninin spirtli içki içməsini tənqid edib. Bu video geniş yayıldıqdan sonra həmkarları Mətanət Əsədovanı müdafiə ediblər. Videonu yayanı isə sərt tənqid ediblər.

M.Əsədova isə hadisə ilə bağlı ilk açıqlamasında bunları deyib: “Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı. Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu … Məclis idi, oturduq ifa etdim. Söyüş olanda belə rica etdim, “ata, mən buradayam” dedim ki, içkili insandı özünü ələ alsın, söyüş söyməsin. Allah bilsin bu işi sifarişli görənlərlə…”

Tanınmış teleaparıcı Sərxan Kərəmoğlu videonun kim tərəfindən yayıldığını M.Əsədovanın yaxşı bildiyini deyib: “Mən aktyoram, mənim qarşımda Mətanət aktrisalıq edə bilməz, mən dərhal bunu anlayıram. Həmin videonu çəkən şəxs yaymayıb. Bunun necə yayıldığını Mətanət özü yaxşı bilir. Xalqı aldada bilmərsən, artistlik etmə. Orada söyüş söyürlər, Mətanət də muğam oxumaqda davam edir. Həmin şəxslər xanımın yanənda söyüş söyürlər, gücünüz çatmırsa masadan qalxıb getməli idiniz, amma getmədiniz. Sizin etdiyiniz bu hərəkət Azərbaycan qadının adına böyük bir ləkədir. Dövlətimiz muğamımızı necə müfafiə edir, necə qayğısına qalır bəs Mətanət nə etdi?!”

Verilişdən sonra efirdə dediyi iddialarla bağlı danışan Sərxan Kərəmoğlu iddialı açıqlama verib:“Yalandan deyir ki, videonu çəkən yayıb. Videonu çəkən elə oğuldu ki, yüz Mətanət kimi müğənnini məclisində çağırtdırıb oxutdurar. İndi Mətanət çıxıb deyəcək ki, guya videonu yanındakı müğənni Valeh yayıb. Belə plan qururlar. Bilmirlər məsələni necə ört basdır eləsinlər. Mən Mətanətə dedim ki, məlum hadisə ilə bağlı mənə açıqlama ver, etmədi, özü bilər. Amma mənim üstümə dünən ona görə təcili yardım gəldi, özümdən aslı olmadı stress keçirtmişdim. Bu gün də öyrənirəm ki, sən demə o videonu özü yayıb. Ar olsun!”

Müğənni Mətanət Əsədova “Hər şey daxil” verilişinin qonağı olub. O, videosunu yayan şəxsi bağışlayacağını bildirib: “Səni bağışlayacam, ona görə ki, sən şəhid qardaşısan. Ancaq Azərbaycan kişisi, polisi, əsgəri adına xələl gətirməyin. Səni ananın göz yaşına görə, şəhidin qanına görə bağışlayacam”.

O, daha sonra haqqında “Azərbaycan qadınının adına ləkədir, videonu da özü yayıb” fikrini deyən aparıcı Sərxan Kərəmoğlunu təhqir edib: “Sərxanı bağışlamayacam. Sən Allah verdiyini əldən verənsən, verilişinə gəlməmişəm deyə, o sözləri niyə işlətmisən? İlan içimizdədir. Sərxan, kişi adını korlama. Kişi adına xələ gətirən, gəl, səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, ancaq sən edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, bir gün verilişinə gətirib öpürsən. O yerim qalmadı ki, oradan öpməyəsən.

Onun sifətində nə yoxdur?! İncəsənətə murdarlıq gətirirsən, getdiyin kanaldan qovulursan. Həyasız sifətinlə yenidən məni verilişinə çağırırsan. Səni, gör, qanunla neyləyəcəm?! Tolikin ayağındakı toz da səndən qiymətlidir. Murdar, savadsız, şərəfsiz, yerə soxum səni! Verilişinə getməmişəm deyə, bu hoqqanı çıxarıb. Sənin başına oyun açacam. Üç gündür yatmıram. Sən milçəyi bağışlamayıb, əzəcəm. Mən yox, səni əzəcəklər. Ağıllı ol! Çaşma!”, – deyə ifaçı bildirib.

Həmin masada əyləşənlərdən biri gənc müğənni Valeh İsrafilov olub və verilişdə həmin günü baş verənləri danışıb: “Biz Gəncədə toyda idik. Oradan ayrılıb Şamaxıya, mənim yaxın qohumumun toyuna gedirdik. Bizi Gəncədə olan toya dəvət edən şəxsin təklifi ilə yolda kafedə əyləşdik. Sonradan zəng gəldi və həmin şəxsin dostları bizə qatıldı. Onlardan biri də həmin videonu çəkən keçmiş polis əməkdaşı idi. Ona şəxsə dəfələrlə çəkməməsini dedik. Masada spirtli içki var idi və belə hadisə oldu”.(Minval.info)