Aktual / Xəbəriniz olsun!

Qadın şalvarları nə vaxt yaranıb?

laleyka | 6-03-2012, 15:30
13 698 71


 


 

 

 Müasir dövrdə əksər xanımların qarderobunda şalvara rast gəlmək mümkündür. Yəqin ki, bunun da əsas səbəbi şalvarın daha praktik olması, xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir.


Bəs görəsən bir zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub?


Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib. Qadın şalvarları hələ qədim türk qadınlarının əsas geyimlərini təşkil edib. Bu da onların köçəri həyat tərzi keçirmələri ilə bağlı olub. Dünya tarixinə türk qadınları döyüşkən, cəsarətli qadınlar kimi daxil olub. Onlar daima at belində olduqlarına görə şalvar türk qadınlarının ən vacib geyimi sayılıb. Ancaq İslam dinində qadının şalvar geyinməsinin günah olub- olmaması bir qədər ziddiyyətlidir. Bəzi din xadimləri ümumiyyətlə qadının şalvar geyinməsinin böyük günah olduğunu deyirlər: “Qadının kişi, kişinin qadın libasında dolaşması ən böyük günahdır”. Digərləri isə şalvarın bədəni daha yaxşı örtdüyü üçün qadınların şalvar geyinməsinin fəzilət olduğunu düşünürlər. Ancaq türk qadınları hələ islamdan çox- çox əvvəllər şalvar geyinməyə başlayıblar. Ərəb ölkələrində isə hər bir şahzadənin qarderobunda mütləq bir-iki dəst ipək şalvar olub.


Nədənsə indiki dövrdə şalvar geyinən müsəlman qadınlarına qarşı olan mənfi fikirlər hələ də mövcuddur. Şalvarın Avropaya aid bir geyim tərzi olduğunu, müsəlman qadının şalvar geyinməsinin məqsədəuyğun olmadığını düşünənlərə maraqlı bir faktı xatırlatmaq istəyirəm. Avropada orta əsr xanımı şalvar geyinsəydi, onu tonqalda yandırardılar. Ona görə də qadınlar uzun donlarda gəzirdilər. Hətta qısa donlar altından belə şalvar geyinmək onların ağır cəzalandırılması ilə nəticələnə bilərdi. Onlar yalnız ballarda bu cür geyinə bilərdilər. İlk dəfə şalvar geyinməyə cəsarət edən avropalı qadın Janna Dark olmuşdu. Bu hərəkətinə görə kilsə onu cəzalandırmışdı. 1809- cu ilə qədər Fransada Napoleon “Qadınların şalvar geyinməsinə qarşı” qanun qoymuşdu. Artıq 1911-ci ildə Paris mağazalarında şarovarlara (türk şalvarları) və ətək- şalvarlara rast gəlmək olardı. Buna baxmayaraq 1931-ci ildə Paris meri aktirisa Marlen Ditrixi şalvar geyindiyi üçün şəhərdən qovdu. Çünki bu qadın küçələrdə şalvarda gəzirdi. Deməli, avropalı qadınların yalnız evdə şalvar geyinmək icazəsi var idi.


 


 

 


1851-ci ildə Londonda feminist Cenkins və onun tərəfdarları donlarını qısa kəsərək, altdan şalvar kimi geyinməyə başlayırlar. Onlar öz etirazlarını şalvar geyinməklə nümayiş etdirir, azadlıqlarını tələb edirdilər. Xanımlar müəyyən müddətdən sonra velosiped sürməyə, idmanla məşğul olmağa başladılar. Şalvar əhəmiyyətli bir geyimə çevrilməyə başladı. XIX əsrin 70- ci illərində Amerikada qadınlar artıq velosiped sürürdülər. Ancaq onlar ətək və ya donlarda velosiped sürməkdə çətinlik çəkirdilər. 20 ildən sonra yəni XIX əsrin 90- cı illərində jurnallarda velosiped sürən xanımlar üçün yeni şalvar modelləri dərc olundu. Bu modellərdə də ətək var idi, ancaq onu lazım olanda yığmaq üçün toqqa da nəzərdə tutulmuşdu. Bir müddət sonra Amerikada xanımlar üçün mavi cinslər dəbə düşməyə başladı. Cins şalvarlar qadın şalvarlarının qələbəsi oldu. Bu şalvarlar qadın və kişi hüquqlarının bərabərləşməsində mühüm rol oynayıb. Əvvəllər qadınlar üçün nəzərdə tutulan şalvarların bağlanma yeri böyürdən olub.

 

 1990-cı illərin sonlarına doğru isə dar şalvarlar modası başlandı. Təxminən 2000-ci ildən qadın şalvarlarının “nabeddini”(bağlanma yeri normadan aşağı olan şalvarlar) deyilən forması dəbə mindi. Hal-hazırda qadın şalvarlarının müxtəlif modelləri geniş yayılıb. Ancaq xanımların nəzərinə çatdırmaq istəyirəm ki, mütəxəssislər həddindən artıq dar və düşük bel şalvarlar geyinməyi məsləhət görmürlər ( xüsusən də qızlara). İndi sizi cazibədar göstərən bu tip şalvarlar gələcəkdə səhhətiniz üçün çox ciddi problemlər yarada bilər. Həkimlər həddindən artıq dar şalvar geyinən xanımların ana olmaq ehtimalının az olduğunu, hətta doğuş zamanı təhlükə ilə qarşılaşmaq qorxusunun gözləndiyini bildirirlər. Ona görə də, əziz xanımlar, şalvar modeli seçərkən təkcə görünüşünüzün gözəl olmasını nəzərə almayın. Elə seçim edin ki, şalvar geyinməyinizin gələcəkdə fəsadlar vermək ehtimalı olmasın.


Real Madrid CF | 1 avqust 2015 17:59 | Status: Qonaq | Şərh: 0
Qadinlarin ilk defe dunyada salvari hansi olkede geyindiyini yox,amma kisilerin ilk defe dunyada yubkani Sotlandiyada geyindiyini bilirem.
Nergiz love | 16 mart 2014 00:58 | Status: Professional user | Şərh: 7 871
MARAQLI OLDU
Gulshen. | 22 fevral 2014 19:47 | Status: Qonaq | Şərh: 0
Tewekkur..,.,.,
Nigar | 24 yanvar 2014 18:14 | Status: Gümüş user | Şərh: 6 063
maraqlidirrrrrrrrrrrr
MELEK_ | 29 noyabr 2013 13:44 | Status: Professional user | Şərh: 3 949
hmm, maraqlidir
AYAN A-VA | 12 noyabr 2013 14:21 | Status: Gümüş user | Şərh: 1 722
TESEKKURLER.
Girl | 17 iyul 2013 14:03 | Status: Professional user | Şərh: 8 206
yaxwiki yaranib
:)
Melek_1 | 28 iyun 2013 12:39 | Status: VİP user | Şərh: 1 002
TEWEKKURLER XEBERE GORE
Qanad | 13 iyun 2013 15:25 | Status: Yazar | Şərh: 4 357
Qisa yubkadansa salvar yaxsidir
Mickey Mouse | 31 may 2013 12:58 | Status: Professional user | Şərh: 4 008
Ne vaxt yaranibsa yaxsi ki yaranib..
ayruska | 21 may 2013 14:37 | Status: Professional user | Şərh: 3 978
yaxsiki bu salvari cixariblar ))))
Hande 18 | 24 aprel 2013 22:15 | Status: Professional user | Şərh: 3 302
men ancaq salvara usdunluk verirem
RaySum | 13 aprel 2013 13:25 | Status: Professional user | Şərh: 2 594

hm walvarlari cox sevirem !!!!

selenay | 25 mart 2013 17:08 | Status: Professional user | Şərh: 1 466
hmmmmmmm men mini yupkalari bide sortlari sevmirem ancaq salvar
Ruqeyye | 23 mart 2013 12:38 | Status: VİP user | Şərh: 579
MENCE ÇOXDAN YARANIB .QISA GEYİMDENSE ŞALVAR ÇOX RAHATDIR AMMA ELE ŞALVAR GEYİNİLER ADAM BAXMAQ UTANIR .
Əfşan | 23 mart 2013 12:32 | Status: Professional user | Şərh: 1 714
qadinlar her gozel sheye layiqdi ve ne onlara yarasirsa geyinsinler ama cox da aciq yox
arzular | 21 mart 2013 18:19 | Status: Şərhçi | Şərh: 145
xebere gore tewekuler
Saida Kerimova | 21 mart 2013 18:13 | Status: Professional user | Şərh: 1 672
Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib. Qadın şalvarları hələ qədim türk qadınlarının əsas geyimlərini təşkil edib. Indide deyirler ki,bes Camahat Avropalasib..
Billurə | 15 mart 2013 11:34 | Status: Professional user | Şərh: 4 892
Xebere gore twk.Maraqli melumatlardi smile
SEVA00 | 5 mart 2013 16:52 | Status: VİP user | Şərh: 1 013
SALVARDA COX RAHAT HISS EDIREM OZUMU
Fatima Q. | 28 yanvar 2013 21:35 | Status: Gümüş user | Şərh: 984
Xanima xatunluq yarashir.. Donda, yupkada nece gozel gorunuruk xanimlar ele deyil? Ancaq shalvardan da imtina etmek olmur..
Nubar-Senan | 8 yanvar 2013 19:10 | Status: Şərhçi | Şərh: 381
salvar geydikde daha rahat oluram
S24 | 4 oktyabr 2012 18:31 | Status: Gümüş user | Şərh: 797
qisda en cox geyinmeyi xoslayiram
rosee | 3 sentyabr 2012 00:05 | Status: Professional user | Şərh: 1 850
salvar istehsal edenin atasina Allah rehmet elesin.)
life82 | 3 sentyabr 2012 00:02 | Status: Gümüş user | Şərh: 985
azeri_oglu,
QADIN- INSANDI,ŞALVAR-GEYIM NOVU :n3:
HEYATIM | 2 sentyabr 2012 23:59 | Status: Professional user | Şərh: 2 110
azeri_oglu,
indiki qadilar hamisi walvarda gezirdee .... ne olar geynende)))
azeri_oglu | 2 sentyabr 2012 23:56 | Status: Gümüş user | Şərh: 2 243
qadin nedi walvar nedi!!!!!!!!!!!!!!!
P.S | 29 avqust 2012 14:46 | Status: VİP user | Şərh: 995
xeberim yox idi cox sagolun