Aktual / Xəbəriniz olsun!

İranda zəlzələ nəticəsində ölənlərin sayı 372-yə çatıb, 6000 yaralı var - YENİLƏNİB - FOTO

Banu. | 13-11-2017, 21:33
522 0

Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

--------

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 ölüb, 1600 nəfər xəsarət alıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub. /apa

İran-İran sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb. Bu rəqəmi İranın Press TV telekanalı səsləndirib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib./trend

İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 141 nəfət həlak olub, mindən çox adam yaralanıb.
Yaradılan Böhran Mərkəzinin məlumatına görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb. Məhz orada - İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.big.az