Aktual / Xəbəriniz olsun!

Əməkdar artistdən lağa qoyulan MƏSLƏHƏT: “Matı”, qızım...” - FOTO

Banu. | 27-10-2017, 21:44
4 006 0
Əməkdar artist Nüşabə Ələsgərli instaqramda “Sonechka Mecidova” adlı istifadəçiyə verdiyi məsləhətlə gündəmə gəlib.
Sənətçinin “Sonaxanım” deyə xitab etdiyi xanıma verdiyi məsləhətlər feysbuk sosial şəbəkəsində paylaşılıb və lağa qoyulub.
Əməkdar artistin yazdığı sözlər bunlar olub: “Mənim gözəlim, Sonaxanım balam, ilk öncə ulu tanrının sənə bəxş etdiyi gözəllik qarşısında baş əyirəm. Xaricin kimi, daxilinin də belə gözəl olmasından əminəm. Ona görə həm yaşca böyük, həm də ümumiyyətlə, böyük sənətkar olmağımdan istifadə edib, sənə ərklə bir neçə məsləhətimi vermək istəyirəm. Əminəm ki, onlara diqqət yetirib, nəticələr çıxarıb, xeyrini görəcəksən. Gözəl qızım, Allah-Təaladan arzum budur ki, sənə gözəl yerdən bəxt açsın, gözəlliyinə gözəllik qatsın. Amma belə olmaz, göyçək qızım. Sən gələcəyin gəlini, anası, həyat yoldaşısan. Sabah sənin qayınatan, qayınların, həyat yoldaşın və nəhayət, övladın bu kimi cürbəcür vəziyyətlərdə çəkdirdiyin şəkillərdən narahat olub, əziyyət çəkə bilərlər. Yəni, bu, heç kəsə lazım olmayan şəkillər və həyat tərzi sənə böyük problemlər yaşada bilər. Odur ki, “matı”, qızım, durma, eşit Nüşabə xalanı, poz bütün bunları..
Allahımdan da tək arzum odur ki, qarşına bir imanlı oğul çıxartsın, səni iman yoluna gətirib, hicaba geyindirib, evinin xanımı etsin. Amin!”
Qeyd edək ki, analoji hadisə bir neçə il öncə də təkrarlanmışdı. N.Ələsgərli “Miss Millenium” Validə Abbasovaya buna bəznər məsləhətlər vermişdi: “Validə sən çox gözəl qadınsan, sənə baxmaq da adama zövq verir. Amma səni incitməmək, xətrinə dəyməmək şərti ilə bir söz demək istəyirəm. Gözəl Validə artıq yaşın o yaş deyil, qızın böyüyür bu gün-sabah ərə getməlidir. Apardığın həyat tərzi, açıq-saçıq geyimlərin, qızından cavan oğlan sənə yaraşmır. Sənə yanında daha samballı yoldaş, ağır həyat tərzi, xanımlıq arzulayıram. Öpürəm”.
Nüşabə Ələsgərli fikrini bildirdikdən az sonra Validə Abbasovanın cavabı gecikməmişdi:
“Qızımı necə ərə verəcəmsə bu heç kimi maraqlandırmalı deyil. Mən düşünürəm ki, bizim ailəyə mənim şortiklərimin qısalığında düşüncəsi olan insan lazım deyil. Nə də ki, insanları geyimlərinə görə qiymətləndirənlərin fikirləri məni maraqlandırmır. Çox sağ olun, sizin dünya görünüşünüzü bilmək mənə maraqlı idi. Uğurlar”.publika.az