Aktual / Xəbəriniz olsun!

Rəşad Dağlı bıçaqladı, "Atan ananı fahişə olduğu üçün..." - Ötən həftə...

Banu. | 9-10-2017, 17:04
2 793 0

Ötən həftə Azərbaycan şou-biznesində kifayət qədər qalmaqallarla yadda qalıb.

Bunlardan ən səs-küylüsü iki xalq artisi arasında təhqirlərlə dolu söz dueli olub. Belə ki, xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib. Tanınmış aktyor "facebook” sosial şəbəkəsində M. Əsədovaya məsləhət verib:
"Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.

Ramiz Məlikin bu şərhi Əsədovanı qəzəbləndirib. O, verərək, "Ramiz, indi qeyrətə gəlmisən?” deyib.

Ramiz Məlik öz növbəsində həmkarının bu sözlərini cavabsız qoymayıb:

"Şortikdə şəkillərini qoyub, deyirəm ki, ayıbdır, özünü reklam eləmə. Xalq artistisən, teatrın imicini qoru. Mən evdə olmamışam, yoldaşıma zəng edib, təhqir yağdırıb, hədələyib. Deyir, onun başına oyun gətirərəm. Mənim qeyrətim yoxdur? Mənim ailəmdə nə var? Sən bir dön keçmişinə bax, gör nələrdən çıxmısan? Mamedi birgünlük gətirib, özünə toy elədin. Özünü göstərmisən. Doğmusan bəyəm? Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mənim ağzımı açmasın. Hər şeyi çox yaxşı bilirəm. Mən nə etmişəm ki? Sadəcə, bir ağsaqqal kimi məsləhət görmüşəm ki, şortikdə şəkilini paylaşma. Tərbiyəsiz sənsən e 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Bunları istəyirsən mən deyim? Adamın nə qədər sponsoru olar?”

Qeyd edək ki, Məleykə Əsədova həmkarını məhkəməyə verəcəyini açıqlayıb. Məhkəməlik olmaqdan çəkinən Ramiz Məlik xanım sənətçidən üzristəyib. Məleykə Əsədova aktyorun üzr istəməsinə baxmayaraq onu bağışlamayacağını söyləyib.

Məşhur meyxanaçı Rəşad Dağlının həmkarı Rüfət Nasosnunu bıçaqlaması xəbəri də həftənin müzakirə mövzusu olub.

İddia olunur ki, toylardan birində sözləri çəpləşən meyxanaçılar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnib.

Rüfət Nasosunu ayağından yaralınıb. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilib.

Qeyd edək ki, daha sonra mediyaya açıqlama verən Rüfət Nasosnu deyilənləri təkzib edib.

Ötən həftə “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın və onu əməliyyat edən həkim Elman Əzimovun əmlakı üzərinə həbs qoyulub.

Bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib. Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Həftənin daha bir qalmaqalı aktrisa Pərvin Abıyeva ilə yol polisi arasında yaşanıb. Pərvin Abıyevanın avtomobili cərimə meydançasına aparılıb. Belə ki, Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov aktrisa Pərvin Abıyevanın avtomobilinə həbs qoyulması və cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib.

“Nura Surini tanıyırdım, amma bu Pərvin deyilən qızı tanımıram. Telefon nömrəsi də yoxdur ki, zəng edib, özü ilə məsələni dəqiqləşdirim. Amma fakt araşdırılır. Yol hərəkəti haqqında qanuna əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Bu şəxs müğənni, aktrisa da ola bilər, sıravi vətəndaş da. Əgər Pərvin Abıyeva da qaydanı pozubsa, cəriməsini ödəyəcək”.

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva həyat yoldaşı ilə səmimi fotosu da həftə ərzində gündəmindən düşmədi.

Müğənni məclislərin birində çəkdirdiyi fotosunu şəxsi “İnstaqram” hesabında paylaşıb.

Qeyd edək ki, cütlüyün bir qızı və bir oğlu var. Sənətçinin həyat yoldaşı Elxan özündən 6 yaş kiçikdir.

“Xəzər tv”-də Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişində kuryoz anlar yaşanıb.

Verilişin qonağı olan müğənni Səidə Sultan aparıcı Zaur Kamalı söyüb.Qeyd edək ki, verilişin digər qonağı Türkiyənin

gənc sənətçisi Fulin olub.Metbuat.az