Aktual / Xəbəriniz olsun!

Gömrükdə külli miqdarda siqaret və telefon saxlanılıb – FOTO

Banu. | 1-04-2017, 21:40
459 0

 

Rusiyadan Azərbaycana külli miqdarda siqaret və telefon keçirilməsinin qarşısı alınıb.

 Dövlət Gömrük Komitəsinin  verdiyi məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba” gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiyadan daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd "NZ Gold Compact”, avtomobilin tibb çantasının içərisindən 5 qutu "Belomorkanal” markalı siqaretlər, qabaq oturacaqların arasından isə 9 ədəd "Samsung Galaxsy J1 mini” markalı mobil telefonlar aşkar olunub.

Bundan başqa Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiyadan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28000 ədəd "NZ Gold Compact” markalı siqaret aşkar olunub.oxu.az