Aktual / Xəbəriniz olsun!

"Sovetski"də GÜCLÜ YANĞIN: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO (YENİLƏNİR)

Banu. | 27-01-2017, 18:54
3 518 0

 

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Yanğının söndürülməsi işləri davam etdirilir.

***

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.

Ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.

Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

***

"Sovetski”də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib.

 Yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev.əraziyə 3 briqada göndərilib. Hələ ki, yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə hazırda yanğının söndürülməsi istiqamətində iş aparıldığını deyib: "Əməkdaşlarımız yanğının ətraf binalar keçməsinin qarşısını alıb, söndürməyə çalışırlar. Xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

***

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun  məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.trend