Aktual / Xəbəriniz olsun!

DİQQƏT! Az sonra analoq yayım dayandırılacaq

Banu. | 10-12-2016, 18:21
3 522 0

"Günün sonunda ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürüləcək", -Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, Ağsu rayonu ərazisində yerləşən "Gülüstan" Radio Televiziya Yayım Stansiyasında ən güclü analoq TV yayım stansiyaları işləyir:

"Onların çoxunun pik gücü 10 kilovatdır. Halbuki Bakı teleqülləsində istismarda olan analoq TV yayım vericilərinin gücü 5 kilovat olub. Bundan başqa, Gəncə şəhərində, Ağstafa rayonunun Poylu Radio Televiziya Yayım Stansiyasında olan analoq TV yayım stansiyaları da söndürüləcək".

İ. Məmmədov qeyd edib ki, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən əhəmiyyətli dərəcədə yük azalacaq.

Dekabrın 10-u Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq. Bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.