Aktual / Xəbəriniz olsun!

Bakıda 19 yaşlı qız faciəvi şəkildə öldü – YENİLƏNİB

Banu. | 21-10-2016, 12:23
755 0

 

Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

 Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən binanın 9-cu mərtəbəsindən yıxılan 19 yaşlı Sərfinaz Əsgərovanın yaxınları bildirib ki, hadisə paltar sərərkən baş verib. 

Belə ki, keçən il ailə həyatı qurmuş və bir neçə ay əvvəl ana olan Sərfinaz yuduğu paltarları eyvanın qarşısından çəkilmiş ipə sərərkən başı gicəllənib və yıxılıb. O, hadisə yerindəcə keçinib. 19 yaşlı qızın qan azlığından əziyyət çəkdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

10:02

Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. 

Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.Oxu.az