Aktual / Xəbəriniz olsun!

Məşhur aparıcı qardaşının tanınmış arvadını BİABIR ETDİ: "Bir də gördüm..." - MÜSAHİBƏ

Aynur_Qurbanqizi | 9-09-2016, 14:56
28 893 2

"Lider”dən uzaqlaşıb, Xəzər Televiziyasında fəaliyyətini davam etdirən aparıcı Firuzə Cəlilova (Fira) yeni mövsümdə "Oyan Azərbaycan” səhər proqramı ilə izləyicilərini salamlayacaq. Özü də tək yox, əvvəllər onunla sözügedən kanalda çalışan Sima Çələbi ilə birgə. Verilişin redaktoru, tanınmış jurnalist İlhamə Novruzovadır.

 

Qeyd edək ki, Fira bundan əvvəl bir çox verilişlərin aparıcısı olub. Firanın yadda qalan verilişləri sırasına ATV-də "Yol yoldaşım”, "Lider”də "Tezdən oyan” layihələri daxildir.

 

Publika.az-a yeni verilişindən ağızdolusu danışan Firuzə Cəlilova teleməkanda nə ilə fərqlənəcəklərini də qulağımıza pıçıldadı…

 

- Çox tərifləyirsən, danış görək, yeni verilişin necə, hansı formatda, hansı əhval-ruhiyyədə olacaq?

- Veriliş "Oyan Azərbaycan” adlanır. Hər şənbə-bazar günləri efirə çıxıb, bütün Azərbaycanı oyadacağıq. Amma çox həvəsliyik. Hələ heç kimə demə, ola bilsin, yavaş-yavaş həftəlik proqrama keçdik.

 

- Narahat olma, heç kim bilməyəcək, daha de ki, bütün telekanalı ələ keçirəcəksiniz?

- Məqsədimiz Azərbaycan teleməkanında olan bütün telekanallara meydan oxumaqdır. Hər kəs. Ancaq bizim proqrama baxacaq.

 

- Eşitdim, aparıcı iki nəfər olacaq, o birisi kimdir?

- Gəlinimizi də özümlə bərabər gətirmişəm. Qardaşımın həyat yoldaşı olan Sima Kələbi ilə Lider kanalında birgə işləmişik.

- Daha de ki, gəlin-baldız, qan eləyəcəksiniz. Azərbaycan telekanallarındakı verilişlərdə iki aparıcısı olan şəxlərin bir-biri ilə  mehriban olmasını hələ görməmişəm. Özlərini gözə soxmaq üçün bir-birlərini susdurmaqla məşğuldurlar. Sən necə, efirdə baldızlıq eləməyəcəksən ki?

- Əvvəla onu deyim ki, biz Sima ilə on ildir ki, rəfiqəyik. Heç bilmədim ki, qardaşım onu haçan sevdi, haçan eşq elan elədi. Qardaşımın 33 yaşı vardı, heç kimlə də evlənmək fikri yox idi, bu Sima onu necə heyran elədisə, saqqızını oğurladı. Toy gününü də məndən gizlətmişdilər, çünki mənə sürpriz etmək istəyirdilər. Mənim ad günümdə toy elədilər. Qaldı ki, baldızlığa. Nə gizlədim, yola getmirik, sözümüz çox vaxt çəp gəlir. Keçmiş telekanalda çox vaxt efirdə sözümüz çəpləşirdi. İndi də lazım gələrsə, efirdə də onunla dalaşacam, bəri başdan xəbəri olsun.

 

- Qorxmursan, səni tək qoyar?

- Onu eləməz, bilir ki, barışıq addımı birinci məndən gələcək. Öldür küssə, barışmaz, ona görə də məcbur olub, mən könlünü alıram.

 

- Sualıma cavab vermədin e, təriflədiyin verilişin necə olacaq, nəylə fərqlənəcəksiniz?

- 3 saatlıq proqramdır. Verilişimiz həm əyləndirəcək, həm maarifləndirəcək, həm də informasiya yükü olacaq. Daha bəziləri kimi oturub 3 saat danışıqla efiri doldurmayacağıq. Boş-boşuna gülmək xatirinə şou göstərməyəcəyik.

 

- İndi kimə söz atırsan?

- Sözü atıram yiyələri götürəcək. Məsələn, mən şou xatirinə efirdə soyunmaram. Soyunaram e, hansısa idmanla bağlı bir rubrikamız olanda şort da geyinib çıxaram. Yeri gəlmişkən, deyim ki, bizdə bir verilişdə 12 rubrika olacaq.

- Qonaqlarınız kim olacaq, üzlərini görməkdən bezdiyimiz müğənnilər?

- Yox bizdə müğənni cəmi bir mahnı oxuyacaq. Qonaqlarımız mütəxəssislər, səlahiyyətli şəxslər, məmurlar olacaq. Qonaqlar gəlib, 15 dəqiqə ərzində suallarımızı cavablandırıb gedəcək. Qonaqlar bir-birini əvəzləcəyək. Onu da deyim ki, yenilik bir də bundan ibarətdir ki, biz işsizləri işlə təmin edəcəyik. Bunu əlaqədar qurumlarla birgə reallaşdıracağıq.

 

- Bilirəm ki, tanınmış jurnalist İlhamə Novruzova da komandanızdadır…

- Bəli, İlhamə xanım bizdə redaktor kimi fəaliyyət göstərəcək. Qalan işçilərin əksəriyyəti də onun yetirmələridir. Onu da deyim ki, nədənsə verilişlərdə əziyyəti olan müxbirlər heç vaxt görünmür. Buna imkan vermirlər. Amma biz müxbirləri də canlı yayımda göstərəcəyik. Qeyd edim ki, 7-8 müxbirimiz var, hamısı da ixtisasca jurnalistdir, bir sözlə, peşəkar komanda ilə işə başlayırıq.

 

- Fira, efirdə bir qədər kilolu görünməyin sənə kompleks yaratmır ki?

- Qətiyyən. Ümumiyyətlə, komplekslərim yoxdur. Söz yox ki, efir insanı olduğundan altı kilo artıq göstərir.

 

- Neçə kilosan ki?

- 67 idim, indi çəkim 60 kiloqramdır. Mən əvvəllər 50 kq olmuşam, iki uşaq anası olandan sonra, çəkim artdı. Amma indi də həmin çəkidə olmaq istərdim, amma nə edim, alınmır. Belə də ki, arıq aparıcılar çoxdur. Qoy, bir dənə də toppuş aparıcı olsun.

 

- Sənə yaraşır. Səncə, aparıcı kimi toppuşluğundan başqa nəylə fərqlənirsən?

- Mən özümü çox istedadlı, savadlı aparıcı saymıram. Amma olduğum kimiyəm. Ola bilər bu bəzi tamaşaçıların xoşuna gəlməsin. Həyatda necəyəmsə, efirdə də eləyəm. Hərdən evdə deyəndə ki, təşəkkür, mənə irad tuturlar ki, ay qız, efirdə deyilsən e, sərbəst ol. Deyirəm mən elə efirdə də, həyatda da beləyəm. Belə mənə rahatdır, insan özü olanda, daha rahat, sərbəst olur.

- Gəl bir az da qeybətləşək. Efirdə həmkarlarının hansı hərəkəti səni qıcıqlandırır və çalışırsan, bu hal səndə də təkrarlanmasın?

- Bəzən aparıcı gülmək xatirinə gülür. Şou göstərmək naminə gülmərəm.

 

- İlin-günün bu vaxtı, verilişə sponsor tapmaq da çətindir. Barı, sponsorlarınız etibarlıdır?

- Əslində mənim sponsor sözündən xoşum gəlmir. Bizim sponsorlar ailə dostlarımız sayılır. Onlarla birillik müqavilə bağlamışıq, etibarlıdırlar. Özü də bizdə orta, baş sponsorlar yoxdur, hamısı eynidir.

 

- Qeyd etdin ki, qonaqlarınız məmurlar olacaq, onların verilişə gəlməsi sarıdan qarşılaşacağınız çətinlikləri  gözə almısınız?

- Problem olmayacaq, çünki, biz ictimai yükü olan. Maarifləndirici veriliş olduğumuzu sübut edəcəyik.

 

- İnşallah, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Görək, Azərbaycan  sizin, yoxsa, başqa verilişlərin səsi ilə oyanacaq? Zamana buraxaq…

- Buna əminik.

 

 


 


 


Gül heyat | 2 noyabr 2016 16:21 | Status: Şərhçi | Şərh: 370
Sitat: B.Fereh
Xezer telekanali yeni movsume cox ugurlu layihelerle bawliyacaq deyesen.UGURLAR.
B.Fereh | 9 sentyabr 2016 17:09 | Status: Nəzarətçi | Şərh: 6 975
Xezer telekanali yeni movsume cox ugurlu layihelerle bawliyacaq deyesen.UGURLAR.