Xəbəriniz olsun! / Xalq təbabəti

Qırmızı soğanın nadir faydaları

Gülçin | 3-10-2016, 15:00
1 936 3

 

 

Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır.

Belə hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğan "antosian" maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Qırmızı soğanın tərkibində unikal "kversetin" maddəsi var. Kversetinin güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödeməleyhinə, antioksidant xüsusiyyətləri var.

Nəzərə almaq lazımdır ki, faydalı maddələrin konsentrasiyası soğanın ən yuxarıda olan qatında daha çoxdur. Bu səbəbdən qırmızı soğanın qabığını ehtiyatla soymaq lazımdır.

Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Alimlər tərəfindən sübut olunub ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında "pis" xolesterinin səviyyəsi aşağı düşür. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər.

Həmçinin qırmızı soğan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet xəstələri bu tərəvəzi öz qidalanmasına daxil etməlidir.

Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır - iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir.

Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.

Sağlamolun.az

 
 


B.Fereh | 3 oktyabr 2016 17:16 | Status: Nəzarətçi | Şərh: 6 978
Sitat: Nergiz33
bilmirem onda keyfiyetini itrirmi ancag mama ele edirki nefesimizden iy gelmesin. kababdada ele lezzetli olur sogani dograyir ve uksuslu su duzledir duzlu ssoganlari icine tokur suyun icinde qalir elede sufreye qoyur kim isteyir suyun icinden qasigla gotrur ele olanda hem adamin agzini yandirmir ag sogan edir en cox qirmizi sogan ele almirig indi tez tez alarig. uksuslu suda isladilmis soganlar cox lezetli olur

Sitat: B.Fereh
xowduyuram qirmizi sogani,mence ag sogan kimi aci olmur.

Bacika bir gun azerbaycandan ata nene babam bize qonag gelib. ve babaminda burda qohumlari var gorusmeye gelirler. neyse ki as bismelidi sogan az idi evde nene dediki gedib alib gelerem getdi qirmizi sogan aldi getirdi. dedi bunun rengide goycekdi qeseng olacag))) qeseng soganlari soyub qizartdilar soganlar oldu qapqara yeni ortaya cixasi olmadi))))) o gunden sonra mamamin qirmizi sogana qarsi aqresiyasi var)))))

uksusulu suyu esitmemiwdim,biz nar suyunda xirda soganlari woraba edirik,soganin rengi conur bordo reng alur,yumwalir,diri halda masaya verilir yemeyin yaninda,cox iwtahacici,hemde dadli mezeli yum
sogan niye qaralsinki yemekde maraqlidir,yeqin kubresi coxduwub;))biz cix vaxt ag sogan aliriq deye,yemekde bilmirem nece olur qirmizi sogan.
Nergiz33 | 3 oktyabr 2016 17:03 | Status: VİP user | Şərh: 1 079
bilmirem onda keyfiyetini itrirmi ancag mama ele edirki nefesimizden iy gelmesin. kababdada ele lezzetli olur sogani dograyir ve uksuslu su duzledir duzlu ssoganlari icine tokur suyun icinde qalir elede sufreye qoyur kim isteyir suyun icinden qasigla gotrur ele olanda hem adamin agzini yandirmir ag sogan edir en cox qirmizi sogan ele almirig indi tez tez alarig. uksuslu suda isladilmis soganlar cox lezetli olur

Sitat: B.Fereh
xowduyuram qirmizi sogani,mence ag sogan kimi aci olmur.

Bacika bir gun azerbaycandan ata nene babam bize qonag gelib. ve babaminda burda qohumlari var gorusmeye gelirler. neyse ki as bismelidi sogan az idi evde nene dediki gedib alib gelerem getdi qirmizi sogan aldi getirdi. dedi bunun rengide goycekdi qeseng olacag))) qeseng soganlari soyub qizartdilar soganlar oldu qapqara yeni ortaya cixasi olmadi))))) o gunden sonra mamamin qirmizi sogana qarsi aqresiyasi var)))))
B.Fereh | 3 oktyabr 2016 16:06 | Status: Nəzarətçi | Şərh: 6 978
xowduyuram qirmizi sogani,mence ag sogan kimi aci olmur.