Aktual / Xəbəriniz olsun!

2012-ci ildə ortaq türk əlifbası hazırlana bilər

rosee | 15-12-2011, 17:00
2 007 25

 


 


TÜRKPA-da ortaq türk dili və əlifbası ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Trend-in məlumatına görə, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Ortaq türk dilinin və əlifbasının yaradılması türkdilli ölkələrin parlamentarilərinin mövqeyi nəzərə alınaraq, qanun layihəsi çərçivəsinə salınmalıdır", - Həsənov deyib.

Onun sözlərinə görə, gələn ilin iyun ayına qədər TÜRKPA komissiyaları təklifləri sənəd şəklinə sala bilsə, bu məsələ 2012-ci ildə Bişkəkdə keçiriləcək sessiyaya çıxarıla bilər.

TÜRKPA-nın baş katibi qeyd edib ki, söhbət hər hansı türkdilli ölkənin öz əlifbasından və ya dilindən imtina etməsindən getmir. "Hər ölkə öz əlifbası ilə yanaşı, vahid əlifbadan da istifadə edə bilər", - o deyib.

Əlifbanın hazırlanması mexanizmi ilə bağlı Həsənov qeyd edib ki, hər türkdilli ölkənin əlifbasının ortaq hərfləri götürülməklə türkdilli ölkələrin vahid əlifbası yaradıla bilər. "Hər ölkədə onun öz əlifbası ilə yanaşı, yeni əlifba da tədris oluna bilər ki, türkdilli ölkələrin ortaq nəşr etdiyi kitabların oxunmasında problem yaranmasın", - o bildirib.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

 

Siz bu məsələyə necə baxırsınız? Fikirləriniz...


Real Madrid CF | 1 aprel 2015 17:37 | Status: Qonaq | Şərh: 0
Sitat: leyla meherremova
BİZ BELƏYİK DƏ...RUS GƏLİR RUSCA,TÜRK GƏLİR TÜRKCƏ,İNGİLİS GƏLİR İNGİLİSCƏ...PLASTİLİN KİMİ HƏR ŞƏKLƏ DÜŞÜRÜK.ADİ İŞ YERLƏRİNDƏ DƏ TƏRCÜMƏÇİ AXTARIRLARMIŞ KİMİ BU DİLLƏR TƏLƏB OLUNURSA BİR QƏDƏR SONRA DİLİMİZ ÖLÜ DİLLƏRDƏN FƏRQLƏNMƏYƏCƏK.
Nergiz33 | 21 dekabr 2012 18:15 | Status: VİP user | Şərh: 1 079
INDIDE TURKLER DILIMIZ UNUTDURACAQ BIZE AZERBAYCANDA ESLEN INSANLAR TURK DILINDE DANISIRLAR