Aktual / Xəbəriniz olsun!

Ümummilli lider Heydər Əliyevin vəfatının səkkizinci ildönümüdür

Azadqadin.az | 12-12-2011, 08:24
3 208 60

 

 

 

 

Azərbaycan ictimaiyyəti dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının səkkizinci ildönümündə Fəxri Xiyabanı ziyarət edir.

Gün ərzində eks-prezidentin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcəklər.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

O, böyük siyasət və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etdi.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə "Sosialist Əməyi Qəhrəmanı" adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. //Trend


ESMERRi | 12 aprel 2016 20:40 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Nigar
Sitat: Akademik
Allah rəhmət eləsin.
Nigar | 24 fevral 2014 13:03 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Akademik
Allah rəhmət eləsin.

M.Aliyeva | 18 yanvar 2014 21:22 | Status: Gümüş user | Şərh: 1 970
ALLAH REHMET ELESIN .
AYAN A-VA | 29 noyabr 2013 17:28 | Status: Gümüş user | Şərh: 1 722
Sitat: Qanad
Allah rehmet elesin
Qanad | 19 iyun 2013 10:22 | Status: Yazar | Şərh: 4 357
Allah rehmet elesin
FLOVERandGİRL | 5 iyun 2013 20:06 | Status: Professional user | Şərh: 3 251
ALLAH REHMET ELESINI
Akademik | 28 may 2013 03:20 | Status: Professional user | Şərh: 4 580
Allah rəhmət eləsin.
NURLU | 5 may 2013 14:08 | Status: Professional user | Şərh: 5 552
Allah rehmet elesin.Mekanin Cennet olsun Insallah
Saida Kerimova | 22 mart 2013 15:12 | Status: Professional user | Şərh: 1 672
Allah rehmet elesin.Mekanin Cennet olsun Insallah.Amin!!!!!!!
RA | 21 mart 2013 01:44 | Status: Qonaq | Şərh: 501
BU ADAMIN VİCDANINDA ÇOX İNSANIN AHI VAR !.... MÜSBƏT VƏ MƏNFİ TƏMAYÜLLÜ İNSANDIR H. ƏLİYEV ... ALLAH GÜNAHLARINI BAĞIŞLASIN !.
Gozel Melek | 2 mart 2013 19:45 | Status: Gümüş user | Şərh: 1 531
Allah sene rehmet etsin yerin cennetdiy olsun
Lola. | 24 dekabr 2012 17:22 | Status: Professional user | Şərh: 2 230
ALLAH REHMET ETSIN SENI HEYDER BABA
sevinc keder | 6 oktyabr 2012 16:47 | Status: Professional user | Şərh: 3 818
ehhh HEYDER BABA ALLAH sene rehnet etsin yerin cennetdiy olsun
cucem. | 30 sentyabr 2012 19:59 | Status: Professional user | Şərh: 4 415
ALLAH REHMET ETSIN COX SEVIRDIM BU KIWINI O OLENDE COX AGLAMIWDIM
sevinc keder | 9 sentyabr 2012 12:55 | Status: Professional user | Şərh: 3 818
ALLAH REHMET ETSIN.
azeri_oglu | 3 sentyabr 2012 11:35 | Status: Gümüş user | Şərh: 2 243
ALLAH rehmet etsin