Xəbəriniz olsun! / Düzgün qidalanma

Ürək üçün əvəzolunmaz tərəvəz

Gülçin | 6-05-2016, 13:30
3 224 7

 

 

 

Badımcan çox dadlı və həmçinin faydalı tərəvəzdir. Şərqdə bu tərəvəz "uzunömürlülük tərəvəzi" sayılır. Belə hesab olunurdu ki, bu tərəvəzi daim qəbul edən insan qocalmır.

Badımcan kalium və maqneziumla zəngindir. Bu iki mineral ürək-damar sistemimiz üçün əvəzolunmazdır. Kalium və maqnezium ürəyin fəaliyyətinə müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, arterial təzyiqini normallaşdırır, ödemlərdən azad edir. Bu səbəbdən ürək xəstəliklərindən əziyyət çəkən insanlar badımcanı öz qidalanmasına tez-tez əlavə etməlidir.

Badımcan orqanizmdən "pis" xolesterini xaric edir və bu səbəbdən ateroskleroz zamanı və bu pozulmanın profilaktika məqsədi ilə çox faydalıdır.

Badımcan qanın tərkibinə də müsbət təsir edir.

Badımcan qan damarları möhkəmləndirir, onların elastikliyini artırır. İnsult keçirilmiş insanlar üçün bu tərəvəz çox faydalı sayılır.

Badımcan qidalı liflərlə zəngindir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

Bağımcan azkalorili məhsuldur, lakin qidalı liflərin səbəbindən insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu isə arıqlamağa kömək edir. Təbii ki, arıqlamaq istəyən insanlar yağda qızardılmış badımcan yeməməlidir. Bunun üçün bağımcanı sobada qabıqda bişirmək və sonra isə badımcanın ətini müxtəlif tərəvəz salatlarına əlavə etmək, qarnirlərdə istifadə etmək olar.

Badımcan orqanizmdə duz-su və lipid (piy) balansının tənzimlənməsinə müsbət təsir edir, yüngül sidikqovusu və ödqovucu xüsusiyyətinə malikdir, mübadilə prosesləri yaxşılaşdırır, orqanizmdən artıq duzları xaric edir.

Badımcan podaqra, böyrək və qara ciyər xəstəlikləri, qəbizlik zamanı çox xeyirlidir.

Badımcan şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Bu tərəvəz qanda şəkərin tənzimlənməsinə kömək edir.

Badımcanın tərkibində olan sink və C vitamini immun sisteminin fəaliyyətinə müsbət təsir edir, B qrupu vitaminləri isə sinir sistemini möhkəmləndirir.

Belə hesab olunur ki, tünd bənövşəyi rəngdə olan badımcanlar ən faydalıdır.

Badımcan oynaqlar, sümüklər və dişlərimiz üçün də çox xeyirlidir. Sobada bişirilmiş badımcanın qabığının külü ilə dişləri yuduqda dişlər ağarır, damaqlar isə daha möhkəm olur.

Badımcanın ətini kosmetik maskalarda istifadə etmək olar. Badımcanın əti üz dərisini canvanlaşdırır, ağardır, daha dartılmış və elastik edir. Bunun üçün badımcan ətini əzib təmiz üz dərinizə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Mədə və 12 barmaq bağırsağı xorası və qastritdən əziyyət çəkən insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

 

 


  1. BarbarisKa | 8 may 2016 13:44 | Status: Qonaq | Şərh: 0
    istifade edirem xowlayiram
  2. Dəniz qızı | 7 may 2016 09:15 | Status: Brilliant user | Şərh: 8 026
    Xoşlayıram badımcanı.
  3. SEVDA | 6 may 2016 23:27 | Status: Nəzarətçi | Şərh: 17 452
    Yayda bu terevezin yemeklerinden,worabasından hazırlayıram tez tez...
  4. BULUTUM | 6 may 2016 18:58 | Status: Professional user | Şərh: 7 398
    DEYIR GET BAZARA CAN AL GETIR.CAN OLMASA YARIMCAN AL GETIR,YARIMCAN OLMASA BADIMCAN AL GETIR.
    CAN ETDI
    YARIMCAN YUMURTADI
    BADIMCANDAKI ETDEN,YUMURTADAN SONRA EN XEYIRLI TEREVEZDI.
    COX COX SEVIREM BADIMCANI.TESEKKURLER.
  5. dılay | 6 may 2016 16:19 | Status: Brilliant user | Şərh: 8 192
    XowlayIram badImcanI.
    Xeber ucun tewekkurler.
  6. Gülçin | 6 may 2016 14:50 | Status: Brilliant user | Şərh: 6 782
    Sitat: B.Fereh
    Badimcanin terkibinde nikotin de var.9 Kq badimcan=1 qr.nikotin.
    Bu da menden elave,Gulcin xanim.
    Təşəkkür edirəm, gözəlim, əlavənə görə.)) kissing_heart
  7. B.Fereh | 6 may 2016 14:17 | Status: Nəzarətçi | Şərh: 6 983
    Badimcanin terkibinde nikotin de var.9 Kq badimcan=1 qr.nikotin.
    Bu da menden elave,Gulcin xanim.