Aktual / Xəbəriniz olsun!

Düşmənə hələ belə zərbə vurulmamışdı

Banu. | 7-04-2016, 09:16
2 311 6

 

Üç gündə, aprelin 2-dən 5-dək Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirildi, düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qaldı və panik şəkildə geri çəkilməyə məcbur oldu.

Azərbaycan Ordusu cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirdi və orada möhkəmləndi. 
Bununla da Azərbaycan Ordusu qısa müddətdə qarşısına qoyulan strateji missiyanı yerinə yetirdi. 
Azərbaycan Ordusunun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtardı, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin etdi. Artıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbçilərinin hədəfində deyil. 
 


 Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdi. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. 

Həmin ərazilərdə yaşayan ermənilər kəndləri boşaldır və digər yerlərə köçürlər. 
Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmlətdi, ona olan inamı artırdı. 
Mövcud reallıq Azərbaycanla bağlı formalaşmış stereotipləri tam dağıtdı. Hazırda Azərbaycan vətəndaşı özünü məğlub ölkənin vətəndaşı hesab etmir, əksinə, onda qalibiyyət əhval-ruhiyyəsi formalaşıb. 

Həm ölkə daxilində, həm də  xarici aləmdə qəti əminlik yarandı ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. 
Xarici aləmdə Azərbaycana məğlub ölkə kimi yanaşma tendensiyası aradan qaldırıldı. Hazırkı dövrə kimi hesab edilirdi ki, Azərbaycan məğlub tərəfdir və bu statusda danışıqlarda iştirak edir. Azərbaycanın haqlı tələbləri qulaq ardına vurulurdu. 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. 

ATƏT-in Minsk Qrupu danışıq naminə danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. İndi isə həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Ümumilikdə, danışıqlar prosesinə konstruktiv dinamizm gətirildi. 
ATƏT Minsk Qrupu, beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, burada intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür. Bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. 
 

 

Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir. 
Hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, ATƏT MQ isə danışıqlar prosesini uzatmaq fikrindən daşındı. 
Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir. 
Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, nə ola bilərdi?
Azərbaycana qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi. 
Sonucda Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi. 
 

 

Azərbaycan müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı. 
Bütün bunlara görə hazırda cəmiyyətdə olan yüksək əhval-ruhiyyədən irəli gələn çağırışlar ziyanlı hal kimi davam etdirilə bilməz. 
Hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artdı, mövqeyi möhkəmləndi. Azərbaycan prezidentinə xaricdən olan müraciətlər, Azərbaycana dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. 
Cəmiyyət hazırda tematikadan çıxmalı və bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir. 

Orxan Hun




SEVDA | 8 aprel 2016 20:57 | Status: Nəzarətçi | Şərh: 17 438
Murdar mexluqlar...ölsűnler hele...
Resube | 7 aprel 2016 12:04 | Status: VİP user | Şərh: 394
Sitat: ɢüмüş
İmkan verseler 10 gune Torpaqlarimizi alariq. Onlarinda kokunu keserik. O kenardan qarisanlar olmasa
B.Fereh | 7 aprel 2016 10:38 | Status: Nəzarətçi | Şərh: 6 975
Yazilanlarla tam raziyam...defelerle Prezidentimizi xeberdarliq etmiwdi ki,torpaqlarimizdan redd olsunlar,o gun de Tehlukesizlik Surasinin iclasinda dedi.Indi butun Beynenlxalq alem bu sozlerin bow yere soylenmediyine emin oldular.Inwallah geri qaytarilan torpaqlarin ardi da gelecek,hele cox ermeni qirilacaq.
dılay | 7 aprel 2016 10:17 | Status: Brilliant user | Şərh: 8 183
Həm ölkə daxilində, həm də  xarici aləmdə qəti əminlik yarandı ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır .
Beli bu danIlmazdIr.
ESMERRi | 7 aprel 2016 10:15 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ɢüмüş
İmkan verseler 10 gune Torpaqlarimizi alariq. Onlarinda kokunu keserik. O kenardan qarisanlar olmasa
guel | 7 aprel 2016 09:44 | Status: VİP user | Şərh: 475
İmkan verseler 10 gune Torpaqlarimizi alariq. Onlarinda kokunu keserik. O kenardan qarisanlar olmasa