Aktual / Xəbəriniz olsun!

Zakir Həsənov: "Talış və Seysulan kəndləri, Horadiz istiqamətində olan təpələr ələ keçirilib"

Banu. | 3-04-2016, 17:26
1 524 5

 

"Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıb, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir. Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunub ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında müdafiə naziriZakir Həsənov deyib.

"Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirib. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilib. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi", - deyə müdafiə naziri qeyd edib.

Zakir Həsənov prezidentə məruzə edərək bildirib ki, "əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçiriblər. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirib və zərbələr endirmişlər. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib. Məruzə edirəm ki, Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirib. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınıb. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanıb. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılıb. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilib. Onu da məruzə edirəm ki, bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər".

"Məruzə edirəm ki, bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır", - deyə nazir vurğulayıb.//report



ESMERRi | 5 aprel 2016 18:01 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Haladi bu nazire...

Sitat: B.Fereh
Haladi bu nazire...
B.Fereh | 5 aprel 2016 16:15 | Status: Nəzarətçi | Şərh: 6 976
Haladi bu nazire...
dılay | 4 aprel 2016 15:34 | Status: Brilliant user | Şərh: 8 184
Inwallah hamisi azad olunsun..
SEVDA | 4 aprel 2016 02:47 | Status: Nəzarətçi | Şərh: 17 441
O gun olsun butun torpaqlarimizi geri qaytarsinlar merd Azerbaycan esgerleri....
guel | 4 aprel 2016 00:05 | Status: VİP user | Şərh: 476
Cox yaxsi. Davami gelsin. Ermeniler qirilsin. Torpaqlarimiz alinsin.