Xəbəriniz olsun! / Düzgün qidalanma

Meyvə qurusu çox faydalıdır

dılay | 14-05-2016, 13:30
2 722 7
 

 
Alma qurusu asma və ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. Eyni zamanda alma qurusu tərkibindəki zəngin lif sayəsində bağırsaqları da təmizləyir. Alma qurusu maddələr mübadiləsini sürətləndirməkdə və həzm prosesini asanlaşdırmaqda da faydalıdır (A, B və E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngin olduğu üçün).

Alça qurusu kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir və s.

Tutda kalsium, kalium və dəmir mineralları, həmçinin B1B2 və C vitaminləri daha çox yer alır. Ağ tut qızdırmanı aşağı salır. Qara tut isə ağız və boğaz xəstəliklərində müsbət təsir göstərir.

Əncir qurusu da faydalıdır. 100 qram əncir qurusu orqanizmin gündəlik kalsium ehtiyacını ödəyir. Digər tərəfdən, həzmi asanlaşdırmaqla yanaşı, orqanizmi bakteriyalardan qoruyur. Əncir tərkibində yüksək nisbətdə kalsium və fosfor olduğu üçün sümük və dişləri xəstəliklərdən qoruyur.

Üzüm qurusu (başqa sözlə, kişmiş) karbohidratla zəngin olduğu üçün əsl enerji mənbəyidir. Üzüm qurusu A, B1, B2, C vitaminləri, eyni zamanda kalium, kalsium, natrium və dəmir mineralları ilə zəngindir.
 

 


Dəniz qızı | 16 may 2016 14:53 | Status: Brilliant user | Şərh: 8 017
Xoşum gəlir quru meyvədən.
Real Madrid CF | 15 may 2016 13:18 | Status: Qonaq | Şərh: 0
Herden birden istifade edirem en coxda alca turwusunu xowlayiram.
Röyamsan. | 14 may 2016 23:03 | Status: Brilliant user | Şərh: 6 102
Faydalı olduğunu bilirdim, təşəkkürlər canım.
Janna_1994 | 14 may 2016 19:58 | Status: Şərhçi | Şərh: 499
istifade edirem beyenirem twk
dılay | 14 may 2016 16:26 | Status: Brilliant user | Şərh: 8 183
Banu xanIm redakte ucun tewekkurler.
B.Fereh | 14 may 2016 14:12 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox sevirem meyve qurularin.Tewekkurler canim.
Nazlı_Kız | 14 may 2016 13:37 | Status: Brilliant user | Şərh: 6 473
Faydalı olduqlarını bilirdim təşəkkürlər canım kissing_heart