Aktual / Xəbəriniz olsun!

Novruzda hara gedək? - BAYRAM TƏKLİFLƏRİ - SİYAHI

Banu. | 14-03-2016, 08:06
3 183 6


Novruz Bayramına cəmi bir neçə gün qalıb. Bayram yaxınlaşdıqca, Nazirlər Kabinetinin səxavətlə təqdim etdiyi 9 günlük tətillə bağlı plan quranların sayı artır. Bayrama turizm obyektləri də hazırlaşır - fins.az-ın məlumatına görə, xüsusilə bölgələrdə yerləşən hotellər fürsətdən yararlanaraq qonaqlar üçün bayram təklifləri hazırlayıblar. Bayramı gəzərək istirahət etmək istəyənlər, passiv istirahətdən uzaq olanlar isə bölgələrə təşkil edilən "Novruz turları”nda iştirak edə bilərlər.
Eləcə də bax: Bayramlarla əlaqədar mart ayında 9 gün iş olmayacaq

«Samaxi Palace»da Novruz tətili - 129 manat

Bu dəfəki bayramlarda ən sərfəli təkliflərdən biri ölkənin ən dəbdəbəli hotellərindən biri olan «Samaxi Palace»dən gəlib. Hotelin Novruz Bayramı təklifi çərçivəsində qonaqlar 5 ulduzlu hoteldə 129 AZN-dən başlayan qiymətlərlə yaşaya biləcəklər. Bura komfortlu otaqlarda 2 nəfərlik qonaqlama, səhər yeməyi, - SPA vasitələri (açıq və qapalı hovuzlar, sauna, türk və fin hamamları, «Steam Room», fitness mərkəzi, böyük jacuzzi), uşaq əyləncə proqramları, Novruz Tonqalı mərasimi aiddir. Hoteldə nahar və şam qiymətləri isə adambaşına 10 manatdan başlayır və menyudan asılı olaraq dəyişir.
Hoteldə 3 gecə və daha artıq bron edən qonaqlar üçün 21 Mart tarixli "Aşqara Bayram Şam Yeməyi Süfrəsi" ödənişsiz olacaq. Digər qonaqlar üçün də bu süfrə sərfəli qiymətə nəzərdə tutulur. Belə ki, «İsveç stolu» formasında təşkil edilmiş, olduqca böyük yemək və içki çeşidlərinə malik Novruz süfrəsi böyüklər üçün 29 manata, uaqlar üçün isə 10 manata başa gələcək.
Novruz günlərində hoteldə bayram əhvali-ruhiyyəsi hökm sürəcək. Həyətdə böyük bayram tonqalı çatılacaq, Novruz şənliklərinin ayrılmaz atributu olan «kosa»-«keçəl» personajları insanları şən zarafatları ilə şənləndirəcək, əyləncəli oyunlar keçiriləcək.

Şahdağda «qarlı Novruz Bayramı» - 210 manat

Qar havasından doymayanlar yazı da xizəklə qarşılaya bilərlər. Belə ki, «Shahdag Mountain Resort» hotelinə mart ayının 18-dən 31-nə kimi «Novruz turu» təşkil edilir. Hoteldən fins.az-a verilən məlumata görə, bir nəfərlik paketin qiyməti 170 manat, 2 nəfərlik paketin qiyməti isə 210 manat təşkil edir. Bu qiymətə hoteldə 2 gün bir gecə qalmaq, səhər və şam yeməyi, spa xidmətləri və kanat daxildir. Nahar yeməyi və xizək sürmək həvəsində olan müştərilər isə əlavə pul ödəməli olacaqlar. Oteldən bildirilib ki, bir salat və əsas yeməyin minimum qiyməti 50 manat təşkil edir. Bir nəfər xizəyi kirayələmək üçün 20 manat, xizək yolundan yarımgünlük istifadə 15 manat, bir günlük istifadə isə 25 manata başa gəlir. Yəni, bir nəfər bir gün xizək sürmək istəyirsə əlavə 35 -45 manat xərcləməlidir. Şahdağda Novruz şənliyində iştirak etmək istəyənlər isə gərək martın 19-dan hoteldə özlərinə yer sifariş etsinlər. Belə ki, martın 19-dan 22-nə qədər olan tarixdə hoteldə Novruz şənliyi keçiriləcək və burada iştirak etmək də pulsuzdur. Oteldən verilən məlumata görə, hələlik şənliyin proqramı və iştirak edəcək müğənnilərin siyahısı məlum deyil.

«Rixos Quba Azerbaijan»da bayram qonaqlaması- 139 manat

"Rixos Quba Azerbaijan” hotelində də martın 19-dan 27-nə kimi Novruz bayramı ilə əlaqədar olaraq müştərilərə xüsusi bayram paketi təqdim edilir. 2 nəfərlik standard otağın qiyməti 139 manat təşkil edir. Bu qiymətə oteldə gecələmək,Mosaic restoranında 2 nəfərlik səhər yeməyi, Rixos Qudyal Spa və Fitnessdən pulsuz istifadə, bütün masaj növlərinə 40 % endirim, uşaqlar üçün kloun və cizgi film qəhrəmanlarının iştirakı ilə şou proqram və bayramla əlaqədar olaraq hər gün bir estrada müğənnisinin iştirakı ilə bayram konserti daxildir. 5 gecə və daha artıq qalan müştərilərə 10 % endirim edilir. Məsələn, 2 nəfərlik standard otağı 5 günlük sifariş edənlər 695 manat əvəzinə, 625 manat ödəyəcəklər. 5 yaşa kimi uşaqlara görə əlavə pul alınmırlar. 6-11 yaş arasında uşaqlar üçün 35 manat, 12 yaşdan yuxarı uşaqlara görə isə ekstra çarpayı üçün əlavə 50 manat ödəmək lazım gələcək. Oteldən verilən məlumata görə, nahar və şam yeməyi paketə daxil deyil. Otelin restoranlarında açıq bufetdə nahar yeməyi sifariş etmək bir nəfər üçün 25 manata, şam yeməyi isə 35- 40 manata başa gəlir.

«River İNN Hotel»də bayram tətili -179 manat

Novruz bayramını Nabranda qeyd etmək istəyənlər möhtəşəm "River İNN Hotel”in bayram təklifindən yararlana bilərlər. Hoteldən fins.az-a verilən məlumata görə, 2 nəfərlik qonaqlama 179 manat təşkil edir. Amma bunun üçün müştərilər hoteldə minimum 2 gecə qalmalıdırlar. Çox səxavətli bayram təklifinə Qala Şam yeməyi, şou proqram, gündə 3 dəfə yemək, kinozal, spa, fitnes və uşaq əyləncələri daxildir.

Şəmkir-Gəncə-GöyGöl -Gədəbəy turu -180 manat

Digər bir bayram turu isə Şəmkir-Gəncə-GöyGöl -Gədəbəyə istiqamətində təşkil edilir. Turizm.az şirkətindən fins.az-a verilən məlumata görə, bayram turu martın 22-si 24-ü aralığında təşkil ediləcək. 3 gün/2 gecəlik turun bir nəfər üçün qiyməti 180 manat təşkil edir. Tur paketə nəqliyyat xərcləri, Şəmkir Excelsior Hoteldə gecələmək, 3 günlük səhər və günorta yeməyi, 2 günlük şam yeməyi daxildir. Bundan əlavə Şəmkir, Gədəbəy, Gəncəyə, xüsusilə də Nizami məqbərəsi və Göygöl Milli Parkına ekskursiyalar, fotoçəkiliş, geri dönüş zamanı çay fasiləsi də pulsuzdur.
Eləcə də bax: AZAL-dan sürpriz endirim - 2- Cİ BİLET PULSUZDUR

«Four Seasons Hotel Baku» - 390 manat

«Four Seasons Hotel Baku»da Novruz təkliflərindən kənarda qalmayıb. Hoteldən verilən məlumata görə, martın 14-dən 27-nə kimi 3 günlük rezerv etmək istəyənlər bir gün hədiyyə edilir. Məsələn, 2 nəfərlik nömrənin bir günlük sifarişi 390 manat təşkil edir. Güzəşti nəzərə alanda, müştərilər bayram günlərində 3 günlük rezervasiya üçün 915 manat deyil, 780 manat ödəməli olacaqlar. Qiymətə sadəcə hoteldə gecələmək və səhər yeməyi daxildir. Amma Novruz bayramını "Four Seasons Hotel Baku” keçirmək istəyənlər martın 21-də milli şirniyyatlardan ibarət çay süfrəsinə təşrif buyura bilərlər. Altı müxtəlif milli şirniyyat seçimi, quru meyvələr və mürəbbədən ibarət çay süfrəsi saat 17:00-dan 20:00-dək Piazza Lounge-da veriləcək. Həmçinin, ənənəvi çay mərasimi Zafferano restoranında qonaqların ixtiyarında olacaq. Bayram süfrəsinin iki nəfər üçün qiyməti 30 manat təşkil edəcək.
«Caspian Sea Resort»da 4 günlük bayram şənliyi -200 manat

Novruz bayramında təbiətdə istirahət etməyi arzulayanlar martın 19-23-ü arasında Nabrana təşkil ediləcək bayram turuna qatıla bilərlər. Turun təşkilatçısı"AtaTravel” şirkətindən fins.az-a verilən məlumata görə, Nabranda yerləşən "Caspian Sea Resort” otelinə 4 günlük turun qiyməti bir nəfər üçün 200 manatdır. Bu qiymətə tur müddətində oteldə gecələmək və gündə 3 dəfə yemək daxildir.Bundan əlavə, kosa və keçəlin iştirakı ilə bayram şənliyi, tonqal ətrafında Novruzun qarşılanması ,səhərə qədər diskoteka pulsuzdur. Həmçinin, aktiv istirahət etmək istəyənlər üçün voleybol, futbol, stolüstü tennis oyunu təşkil ediləcək. Kvadrasiklla və atla 30 dəqiqəlik gəzinti və bir dəfə paintball oyunundan istifadə də pulsuzdur.

Qəbələ-Oğuz-Şəki turu – 189 manat

Bayram tətilini bir neçə gün artırmaq istəyənlər isə Qəbələ-Oğuz-Şəki turunu seçə bilərlər.Turizm şirkətindən fins.-az bildirib ki, bu tur martın 20-23 aralığında 4 gün/3 gecə təşkil edilir və qiyməti 189 manat təşkil edir. Qonaqlar tur müddətində Duyma oteldə gecələyəcəklər. Nəqliyyat xərcləri, gündə 3 dəfə yemək, Oğuz, Qəbələ, və Şəkiyə ekskursiyalar, əyləncəli oyunlar, Novruz tonqalı ətrafında şənlik, diskoteka, geri dönüş zamanı çay süfrəsi qiymətə daxildir. Şirkətdən bildirilib ki, martın 23-də nahar yeməyi,ekskursiyalar zamanı ödənişli əyləncələr və muzeylərə giriş üçün müştərilər əlavə pul ödəməli olacaqlar.
 
Xınalığa bayram turu - 80 manat

Şəhər həyatından bezən və 9 günlük tətildən yalnız gəzməklə zövq almaq istəyənlər bölgələrə təşkil edilən turları sifariş edə bilərlər.Məsələn, şəhərdən uzaq və fərqli Novruz bayramı qeyd etmək istəyənlər "Xınalıq-Qrız” ekoturunda iştirak edə bilərlər. Eko tur martın 22-23 aralığında baş tutacaq. Bir nəfər üçün turun qiyməti 80 manat təşkil edir. Paketə nəqliyyat xidməti, kənd evində gecələmək, 2 dəfə səhər , 2 dəfə nahar və bir dəfə şam yeməyi, bələdçi xidməti və fotoşəkil daxildir.
 
Şəkidə Novruz şənliyi – 65 manatdan

Şəki hotelləri də Novruz bayramını bölgələrdə qeyd etmək istəyənlər üçün xüsusi təkliflər edirlər. "Şəki İSSAM HOTEL”dən fins.az-a verilən məlumata görə, martın 20-sindən 23-nə kimi hoteldə gecələmək istəyən qonaqlara endirimli qiymətlər təklif edilir. 2 nəfərlik otaqların bir gecəlik sifarişi 65 manat, 3 nəfərlik otaqlarda 90 manat, 4 nəfərlik otaqların sifarişi isə 110 manat təşkil edir. Bu qiymətə səhər yeməyi, hovuz, sauna, türk hamamı,trenajor da daxildir. Bir nəfər üçün nahar və şam yeməyinin hər biri ayrılıqda 15 manata, bayram süfrəsi isə 20 manata başa gəlir.15-20 nəfərlik qruplar üçün isə bir nəfərin nahar və şam yeməyi birlikdə 15-16 manat təşkil edir.Martın 19-dan 24-nə kimi "Şəki Saray” və "Şəki Palace” hotellərində də bayram qonaqlaması həyata keçirilir. Hər iki hoteldə 2 nəfər üçün bir gecəlik sifariş 90 manat təşkil edir. "Şəki Palace” hotelində bu qiymətə səhər yeməyi və fitnes, "Şəki Saray” hotelində isə yalnız səhər yeməyi daxildir. "Şəki Saray” hoteldə nahar və şam yeməyi bir nəfər üçün ayrılıqda 10-15 manatdir. "Şəki Palace” hotelində açıq bufet təşkil edilir. Burada isə qiymətlər bir nəfər üçün 15 manatdır.

  1. ●♥ Meley ♥● | 16 mart 2016 15:30 | Status: Gümüş user | Şərh: 413
    Oz evim hamisinnan yaxsidir
  2. Dəniz qızı | 16 mart 2016 08:02 | Status: Brilliant user | Şərh: 8 019
    Heyf deyil adam öz evində keçirsin bayramı.
  3. dılay | 15 mart 2016 08:57 | Status: Brilliant user | Şərh: 8 185
    Oz evimde , oz ocagimda kecirecem.
  4. Gulus. | 15 mart 2016 00:22 | Status: Professional user | Şərh: 2 436
    Bayrami evimizde kecireceyik,pul olsa her yeri gezerem ne yaziq ki yoxdur
  5. SEVDA | 14 mart 2016 21:39 | Status: Nəzarətçi | Şərh: 17 443
    Bayramları őz evimizdə keçirirəm ailəmlə birgə.
  6. B.Fereh | 14 mart 2016 11:21 | Status: Nəzarətçi | Şərh: 6 978
    Hec yere getmek fikrimiz yoxdu,Bayramda evden cixmagi sevmirem.Sonra ola biler uwaqlarla gezerik...ancaq bayrami otelde kecirmekdense evde kecirmeyi usdun bilirem.