Xəbəriniz olsun! / Düzgün qidalanma

Xurmanın faydaları inanılmazdır

dılay | 15-10-2016, 10:30
1 446 0

 

 




 Dadına, müalicə və pəhriz xassələrinə görə subtropik meyvələr içərisində sitrus meyvələrdən sonra ikincidir. 

Xurma mədə pozğunluğunda pəhriz kimi istifadə olunur.
Xurmanın şirəsi bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Xalq təbabətində xurmanın quru yarpaqlarının əzilmişi qankəsici və sidikqovucu kimi istifadə olunur. Meyvələri mədə xəstəliklərində, xüsusilə, qəbizlikdə işlətmə vasitəsi kimi işlədilirdi. Sinqa xəstəliyində onu profilaktika və müalicə vasitəsi hesab edirdilər. Xurma, xüsusilə, uzun sürən xəstəlikdən sonra məsləhət görülürməkdədir.
Təkibində olan bol miqdarda beta-karotein sayəsində görmə və dəri üçün də çox faydalıdır. Daha çox natrium, kalsium, manqan və dəmirlə zəngindir. Onlara sayəsində, bədəni toksinlərdən və şlaklardan təmizləyir.