Aktual / Xəbəriniz olsun!

Gələcəkdə bizi nə gözləyir?

Azadqadin.az | 22-11-2011, 22:32
2 310 42


 


 


Bəşər övladı dünyanın sonunu müzakirə etdiyi bir dövrdə biz qərara aldıq ki, bu dəfə sirli zaman bölməmizdə tamamilə fərqli mövzuya, “gələcəkdə bizi nə gözləyir” sualına cavab axtaraq.


Əgər indi dünyanın ən nəhəng dövlətləri Çin (1,33 milyard), Hindistan (1,17 milyard) və ABŞ-dırsa (306,8 milyon), 2050-ci ildə bu siyahıda yerdəyişmə baş verəcək, əhalisi 1,69 milyard olan Hindistan lider olacaq. Çin 1,31 milyard insanla ikinci yerə düşəcək. 423 milyon nəfər əhali ilə Nigeriya ilk üçlüyə daxil olacaq. Hazırda Nigeriya əhali sayına görə 7-ci yerdədir.
 
ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən bir yığıncaqda açıqlanan “Gələcək 50 il üçün 50 təxmin” adlı hesabata görə, getdikcə daha çox insan böyük istehsalçı və paylayıcılardan asılılığını azaltmaq üçün öz tərəvəzlərini yetişdirəcək və öz qidalarını istehsal edəcək.

Planetdə hər üçüncü şəxs afrikalı olacaq

2050-ci ildə dünyanın ən nəhəng dövlətinin 1,69 milyard əhalisi ilə Hindistan olacağı ehtimal olunur. Amerikalı alim iddia edir ki, yaşayış məntəqələrində əhali artımının müxtəlif tempdə olması bir çox ölkələrin reytinqinə təsir edəcək. Əgər indi dünyanın ən nəhəng dövlətləri Çin (1,33 milyard), Hindistan (1,17 milyard) və ABŞ-dırsa (306,8 milyon), 2050-ci ildə bu siyahıda yerdəyişmə baş verəcək, əhalisi 1,69 milyard olan Hindistan lider olacaq. Çin 1,31 milyard insanla ikinci yerə düşəcək. Maraqlıdır ki, 423 milyon nəfər əhali ilə Nigeriya ilk dəfə olaraq üçlüyə daxil olacaq. Hazırda Nigeriya əhali sayına görə 7-ci yerdədir. Afrikada olan fəal demoqrafik proseslərlə əlaqədar olaraq, 50-60 ildən sonra hər üçüncü insanın afrikalı olacağı gözlənilir. Hazırda dünya əhalisinin yalnız 1/7 hissəsi bu qitənin payına düşür.

ABŞ Çindən asılı hala gələcək

Gələcək 50 ilin təxmininə görə, ABŞ Çindən asılı olacaq. Alternativ enerji formalarının tapılması səbəbindən Səudiyyə Ərəbistanı, İran, İraq, Rusiya və Venesuelanın enerji ehtiyatlarına elə də ciddi ehtiyac olmayacaq. Hesabatda bu ölkələri ümidləri puça çıxan ölkələr adlandırılır. Amerikalı alim iddia edir ki, xristianlıq cənub yarımkürəsi ölkələrində yayılarkən, daha çox sayda müsəlmanlar qərb ölkələrinə köç edəcəklər. Tofflerin təxminlərinə görə, iqlim dəyişikliyi qarşıdurmalara gətirib çıxaracaq, buzlaqların əriməsi yeni neft və mineral zənginliklərinin kəşf edilməsini təmin edəcək. Suyun səviyyəsinin yüksəlməsi dəniz sahilləri boyunca yaşayan xalqların qruplar halında başqa yerlərə köçünə gətirib çıxaracaq. Əhalinin gedərək yaşlanması səbəbindən qocaların baxım xərclərinin artacağını və amerikan həyat sığortası sistemlərinin bugünkü şəkliylə davam edə bilməyəcəyini ehtimal edən Toffler, yeni sığorta sisteminin necə olacağının bilinmədiyini, ancaq cəmiyyətin ehtiyaclarına uyğun bir şəkildə olmayacağını ifadə edir.

Dünyada 1 milyard yoxsul olacaq

Və keçək ən bədbin proqnoza. 50 il ərzində dünyada yoxsul insanların sayı 1 milyarda çatacaq. Təkcə Hindistanda yoxsul insanların sayı 300 milyon olacaq. Planetdə əhalinin sürətli artımı ərzağa olan tələbatı daha da yüksəldəcək. Dünyadakı iqlim dəyişikliyi aztəminatlı milyonlarla insanın vəziyyətini daha da ağırlaşdıracaq. Artıq indidən görmək olur ki, temperaturun dəyişməsi inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Afrikanın cənubunda yerləşən ölkələrdə məhsuldarlığın azalmasına səbəb olub. Bu isə iqtisadi göstəricilərə və ərzaq təhlükəsizliyinə ciddi təsir edir. Beynəlxalq təşkilatlar bu tendensiyanın zəiflədilməsi və gündəlik gəliri 1 dollar 25 sent olan insanların sayının 2 dəfə azaldılması üçün səyləri gücləndirməyi tövsiyə edir. Amma dünyanın indiki gedişatına baxanda, çətin ki, bu xoşməramlı addımlar uğurlu nəticələrə gətirsin.

Bütün ağır işləri robotlar görəcək

İndi isə keçək ən inanılmaz və fantastik sayıla biləcək ehtimallara. 2050-ci ildə bükülən və biləyə taxıla bilən mobil telefonlarla qarşılaşacağımız istisna edilmir. Televizor gələcəkdə də mövcud olacaq. Həddən artıq incə olacaq bu televizorlar plastik materialdan düzəldiləcək və onu divara yapışdırmaq mümkün olacaq.

50 il sonra hamının bir robotunun olacağı güman edilir. Bu robotlar sizin əvəzinizə paltar və qab-qacaq yuyacaq, digər ağır işləri yerinə yetirəcəklər. Robot xarab olan paltaryuyan maşınınızı təmir etdirmək üçün sizdən xəbərsiz usta tapıb onu evə dəvət edə biləcək. Ev əşyaları əvvəlkilərlə müqayisədə “ağıllı” olacaqlar, hətta sizin sözünüzə qulaq asmaya da biləcəklər. Soyuducudakı sensorlar yeməklərin təzəliyi haqqında sizi məlumatlandıracaq. Geyim mağazaları əyninizə oturan paltar tapmaq üçün bədəninizin formasını lazerlə müəyyən edəcək və müvafiq paltarları sizə göstərəcək. 50 il sonrakı sərnişin təyyarələri bugünkü qırıcı təyyarələrə bənzəyəcək. Təyyarələrdəki sərnişinlər üçün daha çox sahə ayrılacaq, eləcə də yanacağa qənaət etmək mümkün olacaq. 2050-ci ildə kosmosa turist səfərləri Paris tətilindən daha çox müştəri cəlb edəcək. 90 dəqiqəlik bir səfər üçün 150 min avro ödəmək kifayət edəcək.

Əlbəttə, bütün bunlar bir insan övladının ehtimal və təxminlərindən başqa bir şey deyil. Nəyin necə olacağının ən doğrusunu hər halda Ulu Yaradan bilir. Bizə isə yaxşı əməllərimizə sadiq qalaraq gözləyib görmək qalır.


"Zaman Azərbaycan"


dılay | 1 dekabr 2015 08:42 | Status: Brilliant user | Şərh: 8 184
Her wey yaxwI olacaq. Pissimistliye qapIlmayIn
A.Sebine | 20 may 2013 18:33 | Status: Şərhçi | Şərh: 235
men geleceyde zelzele ve xesdeliklerin artacagina inanmiram
Gozel Melek | 26 fevral 2013 18:47 | Status: Gümüş user | Şərh: 1 531
Bunları haradan bilirlər maraqlıdır. Hesablamalar hələ o demək deyil. təbii fəlakətlər var. Onu bir olan Allah bilir o zamana nələr olacaq Allahin iwine qariwmaq olmaz .
Listen to you heart | 3 fevral 2013 18:23 | Status: VİP user | Şərh: 805
Ona qalsa men esidmisdim ki 2012'de masinlar havada teyyare kimi ucacaq. noldu bes? geleceyi yalniz Allah bilir, bunlar yalniz ferziyelerdi
PrEnSeS_ | 8 dekabr 2012 12:16 | Status: VİP user | Şərh: 554
onu allahdan basqa hec kim bilmir
gulya20 | 18 oktyabr 2012 23:49 | Status: Professional user | Şərh: 4 677
Bos seylerdi,inanmiram.
sevinc keder | 18 oktyabr 2012 21:56 | Status: Professional user | Şərh: 3 818
bilmek olamaz
azeri_oglu | 3 sentyabr 2012 11:54 | Status: Gümüş user | Şərh: 2 243
yalan sohbetdir
romantika7070 | 26 iyul 2012 12:27 | Status: Şərhçi | Şərh: 175
Bunları haradan bilirlər maraqlıdır. Hesablamalar hələ o demək deyil. təbii fəlakətlər var. Onu bir olan Allah bilir o zamana nələr olacaq.....