Aktual / Xəbəriniz olsun!

"Məsələ çox ciddidir" - Bananlardakı xəstəlik şayiəsi ilə bağlı AÇIQLAMA

Banu. | 1-02-2016, 19:08
4 636 13

 


Meyvələrin içərisinə dəhşətli xəstəlik daşıyıcısı olan qan yeridildiyinə dair məlumatlar yayılıb. Rəylər müxtəlif, məsələyə ciddi yanaşanlar da var, yanaşmayanlar da...

Artıq bir neçə gündür sosial şəbəkələrdə, tərkibində yoluxucu xəstəlik olan bananların satılması ilə bağlı xəbərlər yayılır. İddia olunur ki, ölkəyə gətirilən bananlara iynə vasitəsilə qan xəstəliyi yeridilir. Hətta içərisində qırmızı ləkələr olan bananın şəkli bir neçə saytlarda da yayılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  açıqlamasında bu xəbərləri inandırıcı hesab etmədiyini deyib: "Banan Azərbaycanda 200% baha qiymətlə satılır. Əlavə olaraq ölkəyə geni dəyişdirilmiş bananlar da gətirilir. Lakin, məqsədli şəkildə bu meyvəyə qan xəstəliyinin yeridilməsi şayiədir".

Tibbi ekspert, həkim Rasif Bağırov isə Sputnik-ə deyib ki, qan xəstəliklərinin yaranması olduqca mürəkkəb prosesdir və tibb elmi konkret olaraq bunun səbəbini hələ də açıqlaya bilməyib. Ekspert də yayılan məlumatı şayiədən hesab edir.

"Qan xəstəliyini hər hansı bir formada kiməsə keçirmək mümkün deyil. Çünki qan xəstəliklərinin yaranması insan orqanizmində çox mürəkkəb, yaranma səbəbi bəlli olmayan proseslərdən keçir. Heç kim deyə bilməz ki, filan səbəbdən kimdəsə qan xəstəliyi yaranıb", -deyə R. Bağırov bildirdi.

Onun sözlərinə görə, bu haqda meydana atılan nəzəriyyələr hələ ki nəzəri faktor olaraq qalır: "Yəni obyektiv proseslərə əsaslanmır. Ümumiyyətlə tibbdə qan xəstəliyi yarada biləcək hansısa bir faktor yoxdur. Belə bir proses bəlkə olsa-olsa, Amerikanın gizli laboratoriyalarında kütləvi qırğın məqsədi ilə hazırlana bilər. Ancaq bu özü sadəcə ehtimaldır. Sözüm odur ki, banan meyvəsi ilə bağlı yayılan məlumat şayiədir, heç bir panikaya əsas yoxdur".

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə iddia edir ki, məsələ çox ciddidir və dövlət bunu təcili araşdırmalıdır. Onun fikrincə, qan elementi nümunəsinin meyvəyə keçirilməsi müəyyən risklər yaradır.

"Lakin yada salmaq lazımdır ki, virus həyatın qeyri-hüceyrəvi formasıdır. O yalnız canlı orqanizmə düşəndən sonra onun resurslarından istifadə edib çoxala bilir. Viruslar canlı həyatdan kənarda artıb çoxala bilmir", - deyə ekspert vurğuladı.

Onun sözlərinə, əgər bu, mümkün olsaydı, Yer kürəsində bəlkə də həyat qalmazdı: "Məsələnin ciddiliyinə gəlincə, bu doğrudan da ciddi məsələdir. Həmin meyvəyə nə yeridilib, hansısa infeksiya var, ya yoxdur, varsa, nə məqsədlə edilib? Dövlətin aidiyyatı qurumları bunu çox diqqətlə və həssas araşdırmalıdır. Çünki bu, cinayət tərkibi olan hadisədir".
A. Qeybulla qeyd edib ki, hər bir ölkənin milli təhlükəsizliyi ilə yanaşı, ərzaq, dərman təhlükəsizliyi konsepsiyaları da var: "Bu, birbaşa genofondun sağlamlığı ilə bağlı olan məsələdir. Lakin təəssüflər olsun ki, dövlət mövzu ilə bağlı gözlə görünən ciddi reaksiya verməyib. Dünyanın ən yüksək səviyyəli laboratoriyalarını cəlb etmək lazımdır ki, məsələni araşdırsın".

Məsələnin həm də kütləvi cinayət xarakteri daşıdığını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, onlarda belə bir məlumat yoxdur və heç bir şikayət daxil olmayıb.//Sputnik

Ay_Sun | 7 fevral 2016 00:37 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: _Yagmur_
Banandan hec xosum gelmir.dadlari yoxdur.onuncunde yemirem

Mende
_Yagmur_ | 3 fevral 2016 09:08 | Status: Şərhçi | Şərh: 209
Banandan hec xosum gelmir.dadlari yoxdur.onuncunde yemirem
SEVDA | 2 fevral 2016 15:34 | Status: Nəzarətçi | Şərh: 17 437
Sitat: Narin-Ulker
Banan yoxidi səhər acilmirdi indidə olmasin banan təki hami saqlam olsun

Doğurdanda ki....
BULUTUM | 2 fevral 2016 07:43 | Status: Professional user | Şərh: 7 386
Esiii bos seydi.Nece ildi deyirler,bagirirlar.Ona qalanda hec ne yemiyek.Ne yeyirik onsuzda xestelikdi
Narin-Ulker | 2 fevral 2016 05:31 | Status: Gümüş user | Şərh: 2 747
Milləti qirib qurtarmaqdan ötru nə desən edərlər təki bular cibi dolsun
Gulnar2013 | 1 fevral 2016 23:58 | Status: Qonaq | Şərh: 0
bzim usaq yeyib onda qida zeherlenmesi bas verb,cox qorxuram.
Narin-Ulker | 1 fevral 2016 23:19 | Status: Gümüş user | Şərh: 2 747
Banan yoxidi səhər acilmirdi indidə olmasin banan təki hami saqlam olsun
Gulus. | 1 fevral 2016 22:17 | Status: Professional user | Şərh: 2 436
Banan xosladigim meyvelerden biridir,amma herden yeyirem
gülnigar | 1 fevral 2016 21:16 | Status: Qonaq | Şərh: 0
vacibdi banan yemesinler .sozun dogrusu bizim eve ilde 1 ya 2 defe banan alinir cunki usaqlar cox xoslamir meyvenide ancaq yerli aliriq gul kimi meyve terevezlerimiz var onlari yeuek xeyride ozumize qalsindaa
B.Fereh | 1 fevral 2016 20:39 | Status: Nəzarətçi | Şərh: 6 971
Bu mesele kecen il de,yayildi.Aidiyyati qurumlar,Ya bunu tesdiqlesinler,ya da subut elesinler ki,dogru deyil.Gerek kutlevi epidemiya yayila,herekete keceler?
Real Madrid CF | 1 fevral 2016 19:49 | Status: Qonaq | Şərh: 0
Banan en sevdiyim meyvedir her gun yemesem olmur.
dılay | 1 fevral 2016 19:29 | Status: Brilliant user | Şərh: 8 182
Yemesinlerde cox vacIbdir..
ESMERRi | 1 fevral 2016 19:14 | Status: Brilliant user | Şərh: 5 376
Nə desən çıxar vallah mən inanıram.Ona görədə 10 gün olar ki uşaqlarıma banan vermirəm.Hamsından yaxşı yerli məhsullarımızdır .Əyri də olsalar formasızda olsalar bilirsən ki özününküdür.