Aktual / Xəbəriniz olsun!

İbrahimə dəstək olaq!

Banu. | 26-01-2016, 17:58
1 509 12
 

 

İbrahimə maddi yardım etmək üçün sizə uyğun bu üsullardan biri seçə bilərsiniz: MilliÖN, Carttocard, SMS!

Leykoz xəstəliyi diaqnozu ilə Türkiyədə müalicə alan İbrahim Fərhadlı üçün həm bank hesabı, həm Milli Ön vasitəsilə də yardım edə bilərsiniz. (Ödəmə qaydaları fotolarda)

 

İbrahimin qardaşı Mikayıl Hacıyev:

 

"Dostlar, təcili köməyiniz lazımdır!

Qardaşım İbrahim Fərhadlı ailəmizin sonbeşiyidir. Bakı Dövlət Universitetində pulsuz təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra magistratura təhsili qazandığı İstanbul Texniki Universitetində imtahana girmək üçün 1 həftə əvvəl İstanbula getmişdi.

Təyyarədən endikdən sonra İbrahimin halı dəyişib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb (Medipol Mega Universite Xəstəxanası) ve orada ALL (Acute Lymphoblastic Leukemia) tipli Leykoz diaqnozu qoyulub.

Vəziyyəti çox ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyinə belə izn vermədilər və qardaşım dərhal reanimasiya şöbəsinə yatırıldı. Bu xəstəxanada bizə cəmi 2 gün içərisində 40,000 TL (təxminən 13,300 ABŞ dolları) borc yazdılar. Medipol bizim getdikcə artan bu miqdarı tək başımıza ödəyə bilməyəcəyimizi öyrəndikdən sonra yerindən tərpənməsi belə təhlükəli olan qardaşımı artıq xəstəxanada saxlamaq istəmədi. Dostların köməkliyi ilə qardaşımı başqa bir xəstəxanaya köçürməli olduq.

 

 


İbrahim indi "Acıbadem Üniversitesi Atakent Xəstəxanası”ndadır (Ünvan: Halkalı Merkez, Turgut Özal Blv No:16, 34303 İstanbul/Küçükçekmece/Halkalı, Türkiyə) və artıq mübarizə apardığı B-ALL tipli Leykoz xəstəliyinin müalicəsi üçün kimyaterapiya prosesinə başlanılıb.

30 günlük kimyaterapiya kursunun və xəstəxana xərclərinin ilkin miqdarı 40,000 (qırx min) ABŞ dollarıdır. Daha sonra allogen transplantasiya (sümük iliyinin koçürülməsi) üçün isə əlavə 40,000 (qırx min) ABŞ dollarına ehtiyac olacaq. Bundan əlavə kimyaterapiya müddətində bəzi dərmanlar lazım olur ki, onların da hər birinin minimum 2,000 Avro dəyərində olduğu deyilir (məsələn, dünən alınan Oscarpan adlı dərmanın bir flakonuna 2,300 Avro ödəməli olduq).

Bütün bunları qarşılayacaq maddi gücümüz yoxdur və sizin dəstəyinizə ehtiyacımız var. Sizdən xahiş edirəm, bu barədə əlinizdən gələni əsirgəməyin. Özünüzün imkanınız olmasa, kömək edə biləcəklərə səsimizi duyurun. Yardım edəcəyiniz hər bir qəpik, hər bir manat qardaşımın yaşaması üçün bir ümid işığıdır! Xahiş edirəm, kömək edin!"

 

İbrahimin ailəsi:

Atası: Hacıyev Tərlan Fərhad oğlu (+994 55 203 1905)

Anası: Süleymanova Leyla Bədrəddin qızı

Qardaşları: Hacıyev İsmayıl Tərlan oğlu (İstanbulda yaşayır: +90 555 533 1905),

Hacıyev Mikayıl Tərlan oğlu (Bakıda yaşayır, Azerfon-da işləyir: +994 70 201 1530)

---------------------------------------------------------------------------------

Mikayıl Hacıyev adına açılmış Azərbaycandakı Bank hesabı:

 


 



SEVDA | 27 yanvar 2016 18:55 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah köməyi olsun....
Gulus. | 27 yanvar 2016 15:19 | Status: Professional user | Şərh: 2 436
Sitat: Narin-Ulker
ALLAH tezliklə sənə kömək olsun ALLAH hec bir baciya qardaş aniya isə evlad daqi göstərməsin

Amin
Ay_Sun | 27 yanvar 2016 14:06 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: dılay
Alla komeyi olsun.

Amin
Narin-Ulker | 27 yanvar 2016 12:15 | Status: Gümüş user | Şərh: 2 747
ALLAH tezliklə sənə kömək olsun ALLAH hec bir baciya qardaş aniya isə evlad daqi göstərməsin
GULYA-N | 27 yanvar 2016 01:13 | Status: VİP user | Şərh: 758
Allah yaxınlarına seni çox görmesin inşallah.İmkanı olan şexsler tezlikle sene kömek etsinler inşallah
nurane nurane | 26 yanvar 2016 21:10 | Status: VİP user | Şərh: 1 014
Sitat: ESMERRi
Sitat: BULUTUM
Adi Ibrahim ozu komek olsun sene.Allah dayaqin olsun qardas.
dılay | 26 yanvar 2016 21:02 | Status: Brilliant user | Şərh: 8 182
Alla komeyi olsun.
Alyana | 26 yanvar 2016 20:49 | Status: Qonaq | Şərh: 0
Allah sefa versin,Allah komeyin olsun.
ESMERRi | 26 yanvar 2016 19:28 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: BULUTUM
Adi Ibrahim ozu komek olsun sene.Allah dayaqin olsun qardas.
Real Madrid CF | 26 yanvar 2016 19:15 | Status: Qonaq | Şərh: 0
Bu haqda coxdan esitmisdim men leykoz xestesidir Allah ozu komey olsun bu gunumuze sukur.
B.Fereh | 26 yanvar 2016 19:12 | Status: Nəzarətçi | Şərh: 6 971
Allah wefasin versin...imkanli wexsler ewidib,Allah rizasi ucun komek elesinler bari.
BULUTUM | 26 yanvar 2016 18:23 | Status: Professional user | Şərh: 7 386
Adi Ibrahim ozu komek olsun sene.Allah dayaqin olsun qardas.