Aktual / Xəbəriniz olsun!

20 Yanvar faciəsindən 26 il ötür

Banu. | 20-01-2016, 00:18
1 326 12

 

 

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 26 il keçir. Azadqadin.az--ın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.   

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.   Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.   Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.   Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.   Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.   Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.   1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.  

Ay_Sun | 21 yanvar 2016 20:50 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Gulus.
Allah Sehidlerimize rehmet elesin.Mekanlari cennet olsun

Amin
SEVDA | 21 yanvar 2016 15:07 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah rəhmət eləsin....
ruzgargulum | 21 yanvar 2016 02:38 | Status: Brilliant user | Şərh: 2 493
Allah rehmet etsin.
Qarbacovuda lenete gelsin valideynleri gozu yasli ovladlari atasiz anasiz arvadlar ersiz o qeder insanlari evinden didergin salan yerde.
Gulus. | 21 yanvar 2016 00:29 | Status: Professional user | Şərh: 2 436
Allah Sehidlerimize rehmet elesin.Mekanlari cennet olsun
_EmIL | 20 yanvar 2016 22:09 | Status: Qonaq | Şərh: 0
Allah rəhmət eləsin
BULUTUM | 20 yanvar 2016 21:04 | Status: Professional user | Şərh: 7 387
Sitat: kiraz mevsimi
26 il oture otmesine heleki bir sey ede bilmeyibler bis-bos danismagi bilirler Ay Sehidlerin Qani Yerde Qalmiyacaq nebilimne hec Qarabagi almaq gucune malik deyilsiniz.

Sitat: kiraz mevsimi
26 il oture otmesine heleki bir sey ede bilmeyibler bis-bos danismagi bilirler Ay Sehidlerin Qani Yerde Qalmiyacaq nebilimne hec Qarabagi almaq gucune malik deyilsiniz.

raziyam sozlerinle.her wehidi bir deqiqelik sukutla yad edeceyik.Ne vaxta kimi susacaqsan Azerbaycan.
Real Madrid CF | 20 yanvar 2016 14:12 | Status: Qonaq | Şərh: 0
26 il oture otmesine heleki bir sey ede bilmeyibler bis-bos danismagi bilirler Ay Sehidlerin Qani Yerde Qalmiyacaq nebilimne hec Qarabagi almaq gucune malik deyilsiniz.
B.Fereh | 20 yanvar 2016 11:45 | Status: Nəzarətçi | Şərh: 6 975
BU QEDER VEHWILIYE BIRBAWA CAVABDEH OLAN,QARBACOVUN INDIYE QEDER YAWAMASI,BU DUNYADA OLAN EN BOYUK HAQSIZLIQ,EDALETSIZLIKDI.O YAWADI,HITLER YAWADI,HEC BIR FERQI YOXDU.
ALLAH REHMET ELESIN BUTUN WEHIDLERIMIZE,ONSUZDA ONLARIN YERLERI CENNETDI,AMMA TEESSUF KI,TEK TESELLIMIZ BUDU,CUNKI QANLARI YERDE QALIB,COX TEESSUFLER OLSUN!!!
ESMERRi | 20 yanvar 2016 10:30 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: GULYA-N
Allah rehmet etsin şehidlerimize ruhları şad olsun.Onları heç vaxt unutmamalıyıq


Sitat: BULUTUM
Mekani cennet,Ruhu wad,wehadet merteben xeyirli olsun Wehidim.Allah rehmet elesin.Qan yaddasimizdi unutmuruq unutmayacayiqda.
BULUTUM | 20 yanvar 2016 08:55 | Status: Professional user | Şərh: 7 387
Mekani cennet,Ruhu wad,wehadet merteben xeyirli olsun Wehidim.Allah rehmet elesin.Qan yaddasimizdi unutmuruq unutmayacayiqda.
GULYA-N | 20 yanvar 2016 01:43 | Status: VİP user | Şərh: 759
Allah rehmet etsin şehidlerimize ruhları şad olsun.Onları heç vaxt unutmamalıyıq
dılay | 20 yanvar 2016 01:00 | Status: Brilliant user | Şərh: 8 183
Allah rehmet etsin butun Wehidlere.