Xəbəriniz olsun! / Maraqlıdır

Mirvari haqqında nə bilirik?

Gülçin | 5-01-2016, 13:30
5 277 9
 

 

 
Mirvari yaqanə heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır.  Bəs çanağın içinə mirvari necə düşür?  Qədim yunanlar hesab edirdilər ki, mirvarilər – su pərilərin bərkimiş göz yaşlarıdır. Orta əsrlərdə insanlar düşünürdülər ki, mələklər çanaqda yetimlərin və günahsız təhqir olunanların göz yaşlarını gizlədir,  sonra bu göz yaşları mirvarilərə çevrilir. Əslində, mirvari – molyuskların özünümüdafiə əməklərinin bəhrəsidir. Çanağın daxilinə kənar obyekt və ya parazit düşəndə, orada mirvari formalaşır. Molyusklar bu kənar obyektdən qurtarmaq üçün, onu xüsusi maddə ilə bürüyür və beləliklə, özünü müdafiə edir.
Molyusklar mirvariləri şirin və ya duzlu sularda yaradır. Çay mirvariləri daha universal hesab olunur. Bu cür mirvarilərdən həm kəndli, həm də nəcib xanımların paltarlarında bəzək üçün istifadə edirdilər. Çay mirvariləri dəniz mirvarilərindən qat-qat ucuzdur, bu onun daha sürətli və asan istehsal olunması ilə bağlıdır. Bundan əlavə, çay molyuskları dənizdəkilərdən böyükdür, onlar eyni vaxtda 20-yə qədər mirvari yarada bilir. Çayda yetişən mirvarilər öz dəniz bacılarından bir az kiçik, daha az parlaq və qeyri-mükəmməl formada olur. Amma çay mirvarisi dəniz mirvarisindən daha möhkəm və sürtülməyə qarşı daha davamlıdır. Dünyada məhz çay mirvarisi daha çox hasil edilir. 


Ay_Sun | 17 yanvar 2016 23:23 | Status: Brilliant user | Şərh: 13 407
Melumat ucun tesekkurler xalam.
Azeri Fidashka | 7 yanvar 2016 15:33 | Status: Şərhçi | Şərh: 734
mirvari gozumde bir pille daha qalxdi
SEVDA | 7 yanvar 2016 15:17 | Status: Nəzarətçi | Şərh: 17 437
İndi əsl mirvari tapmaq çox çətindir.
Melumatçun tşk..
Dəniz qızı | 6 yanvar 2016 09:06 | Status: Brilliant user | Şərh: 8 015
Amma mirvari gərək boyuna dəysin yoxsa qocalır.
Qaracaqiz | 6 yanvar 2016 02:08 | Status: VİP user | Şərh: 1 882
Xanımlara yaraşan ince mirvarileri mence her bir qadın beyenir
dılay | 5 yanvar 2016 15:20 | Status: Brilliant user | Şərh: 8 182
Axir vaxtlar butun xeberler bir birine benzeyirdi. AxIri ki bir yeni xeber oxuduq. Tewekkurler maraqlI idi menim ucun.
Gülçin | 5 yanvar 2016 14:09 | Status: Brilliant user | Şərh: 6 778
Sitat: B.Fereh
.Tewekkurler,Gulcin xanim.

Mən təşəkkür edirəm, canım. love
B.Fereh | 5 yanvar 2016 13:54 | Status: Nəzarətçi | Şərh: 6 971
Bir ara hami alirdi,menim anamda da vardi nece duzum,indi bildim ki,yeqin onlar da cay mirvarileri imiw...mirvari hec vaxt debden duwmeyen,her kese yarawan bir ziynet ewyasidir,Sade,kubar ve gozel...Tewekkurler,Gulcin xanim.
ESMERRi | 5 yanvar 2016 13:41 | Status: Brilliant user | Şərh: 5 376
Maraqlıydı təşəkkür.Uşaq vaxtı elə bilirdik mirvarini qaranlıq otaqda 40 gün saxlayanda balalayır wink uşaq ki uşaq.....