Aktual / Xəbəriniz olsun!

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad günüdür

Banu. | 24-12-2015, 08:45
1 765 8

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının baş naziri təyin edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib. 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) toplayaraq beş il müddətinə Azərbaycan Respublikasının prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

Azərbaycan xalqı öz seçimini etdi. Xalq siyasi sabitliyə, firavanlığa və davamlı sosial-iqtisadi inkişafa səs verdi.

AzadQadin.az internet portalının kollektivi prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edir!


ESMERRi | 10 aprel 2016 19:23 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
Lap yaxwi...TEBRIKLER!Cox yawasin!
Bizim Prezidentin zehmi olmasa,vallah bezi memurlar bu milletin qanin icerler,sitem ederler bize. Allah can sagligi versin.
Əsmər1 | 26 dekabr 2015 11:33 | Status: VİP user | Şərh: 1 584
Sitat: Qaracaqiz
Tebrikler.Can sağlığı,sebir dözüm ve işinde uğurlar dileyirik.Prezidentimiz dahada ideal ola biler imkan verseler bezileri.Onuda aldadırlar onun emirletine bezi memurlar icra etmirler.Pisle bacarmaq olmur.
Qaracaqiz | 25 dekabr 2015 01:12 | Status: VİP user | Şərh: 1 882
Tebrikler.Can sağlığı,sebir dözüm ve işinde uğurlar dileyirik.Prezidentimiz dahada ideal ola biler imkan verseler bezileri.Onuda aldadırlar onun emirletine bezi memurlar icra etmirler.Pisle bacarmaq olmur.
Gulus. | 24 dekabr 2015 18:58 | Status: Professional user | Şərh: 2 436
Tebrik edirem prezdentimezi,uzun omur can sagliligi arzulayiram
Mister Elyana | 24 dekabr 2015 15:47 | Status: Şərhçi | Şərh: 378
Tebrik edirik.nece bele iller keciresiz.siz cox yaxwi insansiniz.
Azeri Fidashka | 24 dekabr 2015 15:02 | Status: Şərhçi | Şərh: 734
TƏBRİK EDİRƏM DOĞUM GÜNÜNÜZ MÜBARƏK EY AZƏRBAYCAN GÜNƏŞİ HƏR YENİ GÜNÜNÜZ ÖTƏN GÜNÜNÜZDƏN DAHA GÖZƏL İSTƏKLƏRİNİZƏ UYĞUN VƏ SİZİ XOŞBƏXT EDƏCƏK SƏKİLDƏ OLMASINL DİLƏYİRƏM
B.Fereh | 24 dekabr 2015 11:53 | Status: Nəzarətçi | Şərh: 6 975
Lap yaxwi...TEBRIKLER!Cox yawasin!
Bizim Prezidentin zehmi olmasa,vallah bezi memurlar bu milletin qanin icerler,sitem ederler bize. Allah can sagligi versin.
dılay | 24 dekabr 2015 09:26 | Status: Brilliant user | Şərh: 8 183
Tebrik edirem. Allah omur versin.