Aktual / Xəbəriniz olsun!

Ölümə aparan milli yeməklərimiz: Xəngəl, xaş, piti…

Banu. | 25-11-2015, 09:26
3 939 17
Ölümə aparan milli yeməklərimiz: Xəngəl, xaş, piti…


Adil Qeybulla: "Əgər, bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır”

Tahir Əmiraslanov: "Hansı işdə çalışırsınızsa, gün ərzində nə qədər enerji sərf edirsinizsə, o qədər yemək yeyin”

Dəyişən ekoloji mühit, oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması, eləcə də bir çox ərzaq məhsullarının keyfiyyətinin sual altında olması milli mətbəximizin bəzəyi olan bir çox yeməkləri insan səhhəti üçün zərərli hala salıb.

Hətta bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də olur. Bəzi insanlar bu faktlardan çıxış edərək, milli yeməklərimizin insan orqanizmi üçün zərərli olduğunu desələr də, ekspertlər bunun əksini deyir. Həkim-dietoloqlar bunun səbəbini yeməklərdə deyil, insanların passiv həyat tərzində görürlər.

Bəs, görəsən hansı yeməklər səhhətimizə mənfi təsir edə bilər. Yüksək dərəcədə yağlı olan xaş, piti, xəmir xörəkləri olan xəngəl, düşbərə və sair dadlı-ləzzətli olsalar da, bəzən insana pis təsir edə bilər. Ekspertlər isə bildirirlər ki, bunun səbəbi yeməkdə yox, insandadır.

Tibb elmləri doktoru Adil Qeybulla musavat.com-a açıqlamasında bildirib ki, əgər yeməyin hər hansı toksiki təsiri yoxdursa, o yemək zərərli ola bilməz: "Sadəcə olaraq, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi tez-tez dəyişən adamlarda, şəkərli diabeti olan şəxslərdə həddindən artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara bilər. Əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır. Ümumiyyətlə, insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Bütün bunlar o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə olmur. Bu da həmin maddələrin orqanizmdə toplanmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, oturaq iş rejmində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və kalorili milli yeməklərin qəbulu ziyanlıdır: "Əgər insanlar gün ərzində oturaq vəziyyətdə olurlarsa, axşamlar gəzməyə çıxmalıdırlar. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır. Yəni, bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar, həzm sistemi normal işləmir, qan dövranı normal tənzimlənmir, venoz qan dövranı sistemi normal işləmir. Bu səbəbdən də bədənə daxil olan kalori sərf olunmur. Bu da çəki artımına gətirib çıxarır və bütün xəstəliklərin əsasında dayanır”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da vurğuladı ki, milli mətbəximizin heç bir yeməyi ziyanlı deyil: "Belə bir deyim var ki, "Artıq içiləndə dərd verir, su da...” Yəni ən ziyansız bir qida olan suyu da çox içəndə ziyan verə bilər. Yeməyi norma daxilində yeyəndə o xeyirli olur. Təbii ki, insan xəstədirsə, ona müəyyən yeməkləri olmaz. Hər xəstənin öz yeməyi var. Normal qidalanma normal adam üçündür. Milli yeməklərimiz çox sağlamdır. Tərkibindəki bütün elementlər bir-birinə uyğun gəlir. Əgər yeməyi yaxşı bişirmirlərsə, çiy şəkildə yeyirlərsə, təkibinə düzgün ədviyyatlar vurmurlarsa, israfçılıq edirlərsə, o zaman ziyan edə bilər.

Əgər insan bir qoyunu bütöv yeyirsə, o təbii ki, ziyanlı olacaq. Koroğlu deyil ki... Və ya bir sini paxlavanı birdəfəyə yeyən adamın təzyiqi, şəkəri əlbəttə ki, qalxacaq. Ancaq milli yeməklərimizin zərərli olması, tərkibinin yaxşı olmaması haqqında fikirlər doğru deyil. Bunu adını mütəxəssis qoyan yalançı dietoloqlar ortaya atırlar”.

Baş kulinar yeməklərin insan səhhətində yaratdığı problemlərin səbəbini passiv həyat tərzində və qida normalarına əməl edilməməsində gördüyünü bildirdi: "Deyirlər ki, səhər tezdən xaş yemək ziyandır. Əvvəllər xaş yeyən insanlar gedib yer şumlayıb, əkin əkirdilər, fiziki işlə məşğul olurdular. Əgər insan idmançıdırsa, fəhlədirsə, futbolçudursa səhər tezdən ürəyi istədiyi qədər xaş yeyə bilər. Ancaq əgər xaşı yeyib gedib kabinetdə oturacaqsınızsa, təbii ki, ağırlaşacaqsınız, vəziyyətiniz pis olacaq. Bu, normal bir haldır. Hansı işdə çalışırsınızsa, gün ərzində nə qədər enerji sərf edirsinizsə o qədər yemək yeyin. Burada yeməyin nə günahı var? Əgər sən gündə bir qoyunun ətini yeyirsənsə, günah qoyundadırmı? Çox zaman Azərbaycan kişiləri milli yeməkləri spirtli içki ilə birlikdə qəbul edirlər. Bu zaman içki doymaq hissini öldürür və insan daha çox yeyir. Əgər yeməkdə bir litr araq içən adam ölürsə, bunun günahı həmin yeməkdə deyil, içkidədir. Bizim yeməklərimiz kalorilidir. Ancaq kalori bütün yeməklərdə var. Bir kiloqram qoyun ətində olan kalori 1 kiloqram şəkərdə olduğundan daha azdır”.

Tahir Əmiraslanovun sözlərinə görə, milli mətbəximizə məxsus yeməklərin tərkibindəki bütün elementlər bir-birini tamamlayır və qidanın orqanizmdən daha tez sorulmasını təmin edir: "Məsələn, düyü ifrat dərəcədə təmizlənir və demək olar ki, plovun tərkibində heç bir vitamin qalmır. Onun faydalı olması üçün tərkibində betta-karotin maddə olan meyvələr, məsələn yerkökü əlavə edirik. Ancaq əgər yeməkdə yağ yoxdursa, həmin karotin maddəsi bədənə sorulmur, çünki yağda həll olan vitamindir. Ona görə də, mütləq plovun üstünə kərə yağı gəzdiririk. Məsələn, plovun dibinə qazmaq edirik, ona da yumurta vururuq. Yumurtanın tərkibində xolin maddəsi var. Beyin bu maddədən ibarətdir. Əgər marqanis maddəsi yoxdursa, xolin həll olunmur. Marqanis da düyünün tərkibində var. Deməli, plovdakı bütün detallar bir-birini tamamlayır.

Dədə-babalarımız bu yeməklərlə qidalanıblar və uzun illər yaşayıblar. Sadəcə, o yalançı dietoloqlar milli yeməklərimizi gözdən salırlar. Məsələn, qoyun əti çox gözəl, dadlı, faydalı ətdir, ancaq qara ciyəri xəstə olan adam üçün yox... Xəstənin, xəstə yeməyi var. Məsələn, şəkərli diabet xəstələrinə qoyun əti, quyruq yemək olmaz. Əgər ona pis təsir edirsə, bu, o demək deyil ki, qoyun quyruğu pis qidadır.

Heyvan kəsiləndə onun quyruğunun bir tikəsini isti-isti udmaq xeyirdir. Ancaq artıq soyusa, bunu çiy yemək ziyandır. Heyvanın qara ciyərinin bir tikəsini heyvan kəsilən kimi isti-isti udmaq xeyirdir. Ancaq soyuduqdan sonra çiy yemək ziyandır. Sadəcə, bunları bilmək və doğru şəkildə etmək lazımdır. İnsanlara yanlış məlumat verməklə onların düşüncəsini korlayırlar”.

  1. ESMERRi | 6 aprel 2016 23:47 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: gece-gunduz
    bunların heç birini sevmirem
  2. Ay_Sun | 26 noyabr 2015 10:10 | Status: Brilliant user | Şərh: 13 409
    Sitat: SEVDA
    Hər hansı bir yeməkdən adam kimi yedikdə pis heç nə olmur.

    Duzdur
  3. gece-gunduz | 26 noyabr 2015 09:53 | Status: Gümüş user | Şərh: 1 720
    bunların heç birini sevmirem
  4. Dəniz qızı | 25 noyabr 2015 21:25 | Status: Brilliant user | Şərh: 8 019
    Ayy bu yeməkləri az yeyirəm.
  5. Cicim İncim | 25 noyabr 2015 18:26 | Status: Gümüş user | Şərh: 2 457
    Xəngəli qışda 1 dəfə yeyərəm, xaşı əvvəl yemirdim, sonra yedim xoşuma gəldi...Onu da hərdən yeyirəm...Pitini də yağlı olduğuyçun sevmirəm...
    Kim ki bizim dadlı , kalorili yeməklərdən çox yeyirsə, düzgün yemirsə, yeməyi şirniyyata, meyvəni soka qatırsa , əlbəttə ki, bütün bədənində aləm qarışar bir-birinə...
    Ümumiyyətlə bizim xalqın yemək porsu çoxdur...
  6. SEVDA | 25 noyabr 2015 15:18 | Status: Nəzarətçi | Şərh: 17 443
    Hər hansı bir yeməkdən adam kimi yedikdə pis heç nə olmur.
  7. Yagis_Negmesi | 25 noyabr 2015 14:28 | Status: Gümüş user | Şərh: 1 614
    Piti xaw hec Yememiwem bugune qeder ama xengeli cox sevirem
  8. sadəcə MƏN | 25 noyabr 2015 13:59 | Status: Brilliant user | Şərh: 4 771
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  9. Vetenperver | 25 noyabr 2015 13:56 | Status: Professional user | Şərh: 6 700
    Bu yeməklər nə qədər məni ölümə aparsada mən yenə yeyəcəm bu yeməklərdən.Düzdür bəzilərini necə ildir yemirəm,əlimə düşmür.Yüksək qan təzyiqim var,mənə qoyun əti,yağlı,qızarılmış şeylər olmaz amma hər gün təzyiq salan dərman atıram ona görə harda əlimə düşsə belə dadlı yeməklər yeyirəm.Qarnım başıma bəladır.

    Sitat: Resube
    Yağlı ye sonrada get yat bu hamıya ziyandı .

    Hə bu çox ziyandır.

    Sitat: Resube
    yağı az yeməkləri heç kim sevmir. Yoldaşım o deyqa deyir sənnən çıxmaz iş bunun yağı niyə azdı.

    Mən isə yeməyə çox yağ tökəndə yeyə bilmirəm,birdə duzu çox olanda yeyə bilmirəm.
  10. Resube | 25 noyabr 2015 13:38 | Status: VİP user | Şərh: 394
    Yağlı ye sonrada get yat bu hamıya ziyandı . Bizim evdə də xəngəl çox sevilir, yağı az yeməkləri heç kim sevmir. Yoldaşım o deyqa deyir sənnən çıxmaz iş bunun yağı niyə azdı.
  11. FLOVERandGİRL | 25 noyabr 2015 13:30 | Status: Professional user | Şərh: 3 251
    Valla nənə babalarımız elə bu yemeklerle böyüyüblər də heşne olmayıb
  12. B.Fereh | 25 noyabr 2015 13:26 | Status: Nəzarətçi | Şərh: 6 978
    Ucunu de,illernen yemesem yadima duwmez.Xaw umimiyyetle yememiwem.sevmirem.
  13. milashka_167 | 25 noyabr 2015 12:47 | Status: VİP user | Şərh: 1 452
    Xengelle cox aram yoxdu amma pitiyle xaşi coooox beyenirem.esl bele havanin yemekleridi isti isti.beh beh)
  14. guldeniz | 25 noyabr 2015 12:31 | Status: Professional user | Şərh: 1 641
    Sitat: dılay
    Xengel yox amma piti ve xawI tez -tez hazIrlayIram. Amma xawI hec sevmirem. Kiwiler ucun yaxwIdIr.
  15. dılay | 25 noyabr 2015 12:17 | Status: Brilliant user | Şərh: 8 185
    Xengel yox amma piti ve xawI tez -tez hazIrlayIram. Amma xawI hec sevmirem. Kiwiler ucun yaxwIdIr.
  16. sahibə | 25 noyabr 2015 11:05 | Status: Qonaq | Şərh: 0
    Xəngəli xoşlayıram
  17. SARAXATUN | 25 noyabr 2015 10:06 | Status: Professional user | Şərh: 1 529
    Xawi yox xingali bide pitini tez tez hazirliyiram .Onsuz indiki zamanda yediyimiz her wey ziyandi .