Aktual / Xəbəriniz olsun!

Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi

Banu. | 7-11-2015, 11:53
2 733 15


“Valideynlər uşaqlarına “Tutma”, “Bəy”, “Yaraşıq” kimi adlar qoymaq istəyib”.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib.
Azadqadin.az xəbər verir ki, bu barədə Report-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxıb və təsdiqləyib:

“Siyahı Ədliyyə Nazirliyinə təhvil verilib. Gülüş doğuran, anlaşılmaz adlar siyahıdan çıxarılıb. Hazırda siyahıda gözəl adlar var, ona əsaslanaraq valideynlər övladlarına ad seçimi edə bilərlər. Siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, yeni ad gətirirsə, bunun qarşısı alınmamalıdır”.

Sayalı Sadıqovanın sözlərinə görə, yeni adların qoyulması ilə bağlı Terminologiya Komissiyasına müraciətlər daim daxil olur:

“Bu yaxınlarda “Alpər” adını övladına qoymaq istəyən valideyn bizə müraciət etmişdi. Bu, türk mənşəli addır, təbii ki, qoyulması münasibdir. “Albas” adının qoyulması ilə bağlı da komissiyaya müraciət daxil olmuşdu.

Komissiya araşdırdı və məlum oldu ki, bu ad “mübariz” mənasını verir və tarixi qəhrəman adıdır. Yəni valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. “Beyrək” adı da bu qism adlardandır”.

O, həmçinin qeyd edib ki, körpələrə qoyulan hər bir yeni ad üçün Terminologiya Komissiyasına müraciət olunmur:

“Qeydiyyat şöbələrinə müraciət olunan adların qoyulmasında mübahisələr varsa, bununla bağlı vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə prosesində komissiyaya müraciət olunur və biz məsələyə münasibətimizi bildiririk”.

Sədr müavininin sözlərinə görə, Terminologiya Komissiyasına “Tutma”, “Bəy”, “Yaraşıq” kimi adların qoyulması ilə bağlı da müraciətlər edilib:

“Bu nə dərəcədə düzgündür?! Bu qism adlar gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər”.

O, həmçinin bildirib ki, valideynlər övladlarına ad qoyarkən çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar:

“Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır”.

Mavish | 9 noyabr 2015 18:15 | Status: Brilliant user | Şərh: 2 389
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
MasumAşk | 8 noyabr 2015 15:34 | Status: Şərhçi | Şərh: 241
Mən oğlumun adını Sübhan qoymuşam yoldaşımında hamınında xoşuna gəldi
Allah bütün balaları saxlasın içindədə mənimkini
Əsmər1 | 8 noyabr 2015 10:36 | Status: VİP user | Şərh: 1 583
İnşalaah məndə qız olsa Əsmər Oğlan olsa Elgül qoyacam
SEVDA | 8 noyabr 2015 00:34 | Status: Nəzarətçi | Şərh: 17 437
Tutma adı qoymaq istəyənlər yəqin şoraba xəstəsidirlər...
0100
ESMERRi | 7 noyabr 2015 21:23 | Status: Brilliant user | Şərh: 5 376
Mən razıyam uşaqlarımın adından xoşum gəlir.Birinci dəfə qaynatam dedi qızən adın xoşqedem qoyacam.Allah haqqı o qeder baxmışdı xoşqedemə.sora səhər yuxudan durdu dedi yox bala Əsmər qoyacam elədə etdi.Oğlumunda Babək qoydu ammasənədə Settar yazdırdiğ ikisində bəyənirəm
guldeniz | 7 noyabr 2015 21:04 | Status: Professional user | Şərh: 1 640
Sitat: Simruq
Yarasiq adi gulmelidi 0136 ..Elebiki adin yarasiqdi hami deyir 'buna baxin yarasiq gelireyy ' 0136

Peygember adi olsun isterem ..Arzumdu ehd elemisik insallah Allah arzumu koksumde qoymaz ..Cox eziyyet cekirem amma halali olsun balamin ...illerdi arzumdu onu gormek qucagima almaq artiq az qalib Allahin komeyi ile .. 0111 requestBacilarini bir denesi hamisina qurban olaram request

inwalah qoyarsan baci
SARAXATUN | 7 noyabr 2015 18:45 | Status: Professional user | Şərh: 1 528
Ey hele uwaqa Memiw adi qoyanlar var .Ana biterefe oldu nene bibiler bi terefeki vsyo ey uwaqa Memiw qoyuruq adini .Ta bunun geleceyini duwunmurlerki uwaq boyuyende utanacaq adindan.
gece-gunduz | 7 noyabr 2015 16:15 | Status: Gümüş user | Şərh: 1 720
uşaqlara elə ad qoymaq lazımdır ki böyüyəndə utsnmasin
milashka_167 | 7 noyabr 2015 15:41 | Status: VİP user | Şərh: 1 452
Tutmaaa aaa.birden tutsa nece???
Nilay | 7 noyabr 2015 14:45 | Status: Qonaq | Şərh: 0
Yarasiq adi gulmelidi 0136 ..Elebiki adin yarasiqdi hami deyir 'buna baxin yarasiq gelireyy ' 0136

Peygember adi olsun isterem ..Arzumdu ehd elemisik insallah Allah arzumu koksumde qoymaz ..Cox eziyyet cekirem amma halali olsun balamin ...illerdi arzumdu onu gormek qucagima almaq artiq az qalib Allahin komeyi ile .. 0111 requestBacilarini bir denesi hamisina qurban olaram request
Moon and android | 7 noyabr 2015 13:49 | Status: Qonaq | Şərh: 0
Tutmaa 0102 yox bir şoraba göresen bele ad qoyanların meqsedi nedi hele anaların övladlarına bele ad qoymağına inanmaq olmur
Vetenperver | 7 noyabr 2015 13:40 | Status: Professional user | Şərh: 6 699
Uşaqlarına gülməli və eybəcər ad qoyan valideynlər uşaqları ilə məzələnirlər,ağılları o qədər inkişaf etməyib ki qabaqcadan bilsinlər uşaq böyüyəndə ona adına görə güləcəklər,ələ salacaqlar,utandıracaqlar, deyəcəklər "sənə bu adı verənə nə deyim...Ona görə belə valideynləri qınamaq lazımdır,onları ağılsız adlandırmaq lazımdır.
Nergiz love | 7 noyabr 2015 13:05 | Status: Professional user | Şərh: 7 871
Usaqa gulmeli utandirirci ad vermiyin valdeyinler
buxqalter | 7 noyabr 2015 13:04 | Status: VİP user | Şərh: 1 212
Bu valideynler uwaglarina bele ad qoyanda ne fikirlewir goren...
dılay | 7 noyabr 2015 12:05 | Status: Brilliant user | Şərh: 8 182
Allah sen saxla 0136 Tutma.