Aktual / Xəbəriniz olsun!

Azərbaycanda çoxuşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər

Nata_=_ | 2-11-2011, 14:30
5 818 52

 

 

 


Azərbaycanda çoxuşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, bununla bağlı qurum tərəfindən beynəlxalq təcrübə və ölkədəki vəziyyət öyrənilir. Onun sözlərinə görə, ilkin olaraq çoxuşaqlı ailənin kriteriyaları və anlayışı verilməlidir.

“Qanunvericilik neçə uşağı olan ailənin çoxuşaqlı ailə hesab olunmasını müəyyən etməyib. Bununla bağlı hazırda beynəlxalq təcrübəni öyrənirik. Çoxuşaqlı ailələr hər ölkədə fərqlidir. Ölkələr arasında 3 uşaq, 5 uşaq götürən də var. MDB ölkələrində, məsələn Rusiyada 3-dən çox uşağı olan ailə çoxuşaqlı ailə hesab olunur”, - şöbə müdiri vurğulayıb.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanla bağlı statistika öyrəniləcək. Əgər 3-dən çox uşağı olan ailələrin sayı çox olarsa, 5-dən çox uşağı olan ailənin çoxuşaqlı ailə hesab olunması üçün təkliflər verilə bilər.

Taliyə İbrahimova deyib ki, bir sıra ölkələrdə çoxuşaqlı ailələrə imtiyaz və güzəştlər tətbiq olunur. O, çoxuşaqlı ailələrə nəqliyyatdan pulsuz istifadə, dərman preparatları ilə pulsuz təmin olunma, kommunal xidmətlərdə güzəştlərin tətbiqini mümkün hesab edir.

Şöbə müdiri çoxuşaqlı ailələrin mənzillə təmin olunması ilə bağlı araşdırmalar aparıldığını deyib və bildirib ki, məsələnin müsbət həll olunması üçün müvafiq qurumların rəyi lazımdır.

Taliyə İbrahimova hazırda qeyd olunan məsələlərlə bağlı Komitə tərəfindən araşdırma və təhlillərin aparıldığını bildirib və qeyd edib ki, yekunda Komitə təkliflərlə müvafiq qurumlar qarşısında çıxış edəcək.


Bu mövzuda fikir və təklifləriniz?
 

ESMER | 20 sentyabr 2015 23:26 | Status: VİP user | Şərh: 817
Sitat: Nergiz love
Sitat: ruzgargulum
bu ise coxdan baxilmali idi
Sirli dunyam | 19 avqust 2015 13:57 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Nergiz love | 5 may 2015 22:43 | Status: Professional user | Şərh: 7 871
Sitat: ruzgargulum
bu ise coxdan baxilmali idi
Nigar | 19 fevral 2015 15:45 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Esya
Cox usaqli aile 4  usaqdan sora olmalidi ve yardim edilmelidi
Narin-Ulker | 14 iyul 2014 07:48 | Status: Gümüş user | Şərh: 2 748
diyirem gor bidene dovletli ailede cox uwaq var ancaq kasiblardi ayaqyolunda yawayir yer tpmir yatmaqa gunde bir uwaq doqur sonradacixib yalvarir kimene komek edin acinnan olurem

Sitat: Nergiz33
bizim 5 ci usagimiz olacag demek bize emelli yardim edcekler?????)))))))))) inanmiram.

ALLAH saxlasin ay baci amma ewid inanma senin uwaqlarin boyuyecek ALLAHqoysa evlenecek amma bu qerar hele quvveye minmeyecek
Gulshen. | 12 fevral 2014 01:24 | Status: Qonaq | Şərh: 0
Cox usaqli aile 4  usaqdan sora olmalidi ve yardim edilmelidi
Nigar | 4 fevral 2014 20:56 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
letafet agayeva | 27 noyabr 2013 19:26 | Status: Qonaq | Şərh: 0
hec inandirici deyil
Gozel Melek | 6 iyul 2013 17:29 | Status: Gümüş user | Şərh: 1 531
indiki zamanede 2 usaqa baxmaq cetindir Allah evladi olmuyanlara evlad nesib etsin INSALLAH
nur gun ma me | 28 iyun 2013 15:20 | Status: Şərhçi | Şərh: 356
eger bele fikirleri varsa heyata kecse yaxsi olar cunki evveller cox usaqi olan yeni 10 ve 11 usaqiya qehraman ana adi verilirdi indi ise 3 ve 4 usagi olana.cunki indiki zamanda usaq saxlamaq cetindir menim 2 ovladim var ama isterdimki 3 4 usagimda olsun ancaq maddi imkansizliq ucbatindan saxlamaq olmur herseyle temin etseler niye olmur xarici olkedekiler kimi
PIKAXANIM | 26 iyun 2013 14:26 | Status: Qonaq | Şərh: 0
azerbaycanda 3 usagli aileler coxusagli hesab oluna biler.
Sabahım. | 2 iyun 2013 23:47 | Status: Professional user | Şərh: 3 359
ALLAH KÖMƏK EDİR BİZƏ HÖKÜMƏTİN ÜMÜDÜNƏ QALSAQ ÖLƏRİK.
ESKA30 | 19 fevral 2013 16:41 | Status: Şərhçi | Şərh: 123
Ay basiniza donduyum.İndiki zemanede kimdir 5 usaq dunyaya getiren????? onu boyutmek oxutmaq var İndi hami ayri ev isteyir evdeki od qiymetine Allah olmayanlara versin insallah! Olanlarida Allah saxlasin!
Aliyeva | 30 dekabr 2012 14:31 | Status: Yazar | Şərh: 4 036
qeribedi....
Nergiz33 | 13 dekabr 2012 11:18 | Status: VİP user | Şərh: 1 079
bizim 5 ci usagimiz olacag demek bize emelli yardim edcekler?????)))))))))) inanmiram.
Zehrewka | 12 dekabr 2012 23:02 | Status: Qonaq | Şərh: 0
3 və 3dən çox uşaq olan ailə,çox uşaqlı ailə sayıla bilər.Çün ki,Azərbaycanda indiki zamanı nəzərə alsaq,belə ailələrə daha az rast gəlmək olar.Bunun uçündə sayı bildirilən ailələri nəzərə alaraq verilmiş guzəşlər tətbiq olunsa yaxşı olar.ÜMÜDLƏ YAŞAYAQ.
Decel | 29 noyabr 2012 23:39 | Status: Gümüş user | Şərh: 933
bos vedlerdida verirler ortadasa qazilmis yollardan basqa hec ne yoxdu
ruzgargulum | 12 noyabr 2012 16:57 | Status: Brilliant user | Şərh: 2 493
bu ise coxdan baxilmali idi