Aktual / Xəbəriniz olsun!

Toysuz qalan Azərbaycan (FOTO,VİDEO)

Banu. | 2-10-2015, 11:16
3 843 12
Toysuz qalan Azərbaycan (FOTO,VİDEO)


Bəzi Azərbaycan ailələri övladlarına toy etmək üçün xarici ölkələri seçirlər.

Təkcə son bir ay ərzində İstanbul şəhərində toy etmək üçün xarici ölkə vətəndaşları tərəfindən 50-dən çox sifariş edilib.

Sifariş edənlər arasında Azərbaycan vətəndaşlarının da adı var. Həmyerlilərimizlə yanaşı həmçinin Qazaxıstan və Səudiyyə Ərəbistanında yaşayan varlı insanlar öz övladlarına toy etmək üçün Türkiyəni seçir. Məlumata görə, oliqarxlar övladlarının toyu üçün milyonlarla dollar xərcləyirlər.

Bu fakt Azərbaycanda turizmlə yanaşı toy bazarının da zəif inkişaf etdiyini sübut edir. Bu isə azərbaycanlıların da toy etmək üçün xaricə , xüsusilə Türkiyəyə üz tutmasına səbəb olur.

Azərbaycanlı toy sahiblərinin xarici ölkələrə meyl etməsinin səbəblərindən biri kimi şadlıq saraylarındakı bahalı menyular və aşağı xidməti göstərmək olar. Bəzi insanlar isə övladları üçün daha fəqli və dəbdəbəli toy mərasimi təşkil etmək üçün xarici ölkələri seçirlər.



İqtisadçı Zahid Məmmədov toy edənlərin xaricə üz tutmalarını onların standart toy mərasimlərindən bezmələri ilə əlaqələndirdi.

“Toy sahibləri ödədikləri pulun qarşısında daha fərqli təqdimat istəyirlər. Amma bizim şadlıq sarayları bunu edə bilmirlər. Bu səbəbdən də övadlarına daha fərqli toy etmək istəyən valideynlər xarici ölkələrə üz tuturlar.”

İqtisadçı azərbacanlı toy sahiblərinin xaricə axının qarşısını almaq üçün ilk növbədə Azərbaycandakı şadlıq saraylarında menyularının qiymətinə, yemək seçiminə və mərasim zalının akustik vəziyətində dəyişiklik edilməli olduğunu bildirdi.

“Hər bir toyda standart plov, balıq, salatlar və digər yeməklər verilir. Artıq toy sahibləri və qonaqlar fəqli təamlardan dadmaq istəyirlər. Həmçinin bizim bəzi şadlıq evlərində akustik problemlər var. Çünki toya gələn əksər qonaqlar mərasimin sonunda musiqinin onun əsəblərinə təsir etdiyini bildirlər.”

Amma paytaxtda yerləşən şadlıq saraylarının rəhbərləri sadalanan problemlərlə razılaşmırlar. Onların fikrincə, xaricdə toy etmək Azərbaycanda keçirilən mərsimlərdən dəfələrlə bahadır.

“Azərbaycanlılar xidmətin, menyunun və akustik vəziyyətin pis olmasına görə deyil, sadəcə göstəriş xatirinə mənim övladımın toyu xarici ölkədə oldu demək üçün başqa ölkələrə üz tuturlar.”-deyə şadlıq saraylarından birinin administrator bildirdi.



Böyük Briyaniyada toy mərasimi

Xarici ölkələrdə toy mərasimlərinə nəzər saldıqda orada menyuların və toy mərasimlərinin daha sadə keçirildiyini görmək olar. Məsələn Türkiyədə əksər ailələr dəbdəbəli toy mərasimləri keçirməkdən imtina edirlər.Sadəcə toyda bəy, gəlin və onların ailə üzvüləri iştirak edir. Orada toy mərasimləri Azərbaycandan fəqli olaraq 6-7 saat deyil, daha az müddət davam edir.



Fransada açıq havada toy mərasimi

Avropa ölkələrində isə toy mərasimlərində qonaqlara daha sadə menyu təklif olunur. Toylarda əsasən şirniyyat və müxtəlif içkilərə üstünlük verilir.



Azərbaycanda toy menyusu



Danimarkada toy menyusu


Xarici ölkələrdə həmçinin toylar açıq havada və lüks otelərdə təşkil edilir. Azərbaycanda da belə otellər və açıq havada toy etmək üçün istirahət mərkəzləri olsa da vətəndaşlar bu mərkəzlərə üz tutmur. Səbəb isə bu obyektlərdə toy mərasimlərinin təşkilinin baha başa gəlməsi göstərilir.



Azərbaycanın ən məhşur kurort zonaları


Azərbaycanda da toyların keçirilməsində dəyişiklik olsa xarici vətəndaşlar Bakını seşərlər. Misal üçün Səudiyyə Ərəbistanından olan hər hansı bir ərəb şeyxi özünə toy etmək üçün Azərbaycanı deyil, Türkiyəni seçir. Çünki orada daha sərfəli qiymətlər fəqli toy mərasimləri və menyular təklif edilir.

Əlaqə saxladığımız turizm agentliklərindən verilən məlumata görə, ümumiyyətlə Azərbaycanda toy etmək üçün onlara heç bir xarici turist müraciət etməyib. Amma qonşu ölkələrdə toy etmək istəyən azərbaycanlıların sayı kifayət qədərdir.



ans.press

Ay_Sun | 4 oktyabr 2015 18:25 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: guldeniz
tewekurler vari olan eliyir

0140
Dəniz qızı | 3 oktyabr 2015 21:40 | Status: Brilliant user | Şərh: 8 019
Heyf deyil öz adətlərimiz...
vanessa0 | 2 oktyabr 2015 23:39 | Status: Gümüş user | Şərh: 449
Sitat: SEVDA
Pul çoxluğundan qudurmuşlar bu cür edir təkcə...

Raziyam,yeni imkani olan edir,geriye qalan 95% ehali xarice getmir,toyunu texire salir imkani olmadigi ucun
SEVDA | 2 oktyabr 2015 16:16 | Status: Nəzarətçi | Şərh: 17 443
Pul çoxluğundan qudurmuşlar bu cür edir təkcə...
guldeniz | 2 oktyabr 2015 15:18 | Status: Professional user | Şərh: 1 641
tewekurler vari olan eliyir
Cicim İncim | 2 oktyabr 2015 14:53 | Status: Gümüş user | Şərh: 2 457
Lap tutaq ki kimsə toyu Türkiyədə edir...Qohumlar yazıq burda 100-200 nən (hələ toya geyimi, bəzənməyi demirəm)canlarını qurtarırdılarsa , Türkiyəyə getsələr yol xərci də üstünə gələr...Kimsə qudurğanlıq edib toyunu xaricdə keçirəcək , yazıq qohumlar zibilə düşəcək...
Nəyə lazımdı tpyda artıq adamlar. ..Görəsən bizdə də nə vaxtsa bu zırıltılı toylar yığışar? Toyun yaxınlarla keçməsi daha maraqlı olar, nəinki tanımadığımız insanlarla bir keçirtmək
SABINA | 2 oktyabr 2015 14:22 | Status: Professional user | Şərh: 7 410
Bizim toyumuz Qebelede oldu. smile
dılay | 2 oktyabr 2015 12:35 | Status: Brilliant user | Şərh: 8 185
Her kes yorganına gore ayagını uzadır
gece-gunduz | 2 oktyabr 2015 11:41 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Simruq
hec hara getmirik varlilar gedir ..bizim kimi sade vetendaslarsa ele vetende edir .

duz sözə nə deyesen
ESMER | 2 oktyabr 2015 11:34 | Status: VİP user | Şərh: 817
Sitat: Simruq
hec hara getmirik varlilar gedir ..bizim kimi sade vetendaslarsa ele vetende edir .
Əsmər1 | 2 oktyabr 2015 11:31 | Status: VİP user | Şərh: 1 584
Vətənim ola ola yad yerdə niyə toy eliyirəm?Öz vətənimdə olub toyum
Nilay | 2 oktyabr 2015 11:21 | Status: Qonaq | Şərh: 0
hec hara getmirik varlilar gedir ..bizim kimi sade vetendaslarsa ele vetende edir .